» » » Ehtiyatların ilkin dəyərinin qiymətləndirilməsi metodları

Ehtiyatların ilkin dəyərinin qiymətləndirilməsi metodları

posted in: Uncategorized | 0

“EHTİYATLAR ÜZRƏ” KOMMERSİYA TƏŞKİLATLARI ÜÇÜN 8 №-li MİLLİ MÜHASİBAT UÇOTU STANDARTININ 22-ci maddəsi ilə, materiallardan  və işçilərin əməyindən səmərəli istifadə olunduqda, həmçinin müəssisə normal istehsal  gücü ilə işlədikdə məhsul və ehtiyatların ilkin dəyərinin qiymətləndirilməsində, normativ məsrəflər metodundan istifadə edilə bilər. Lakin, bu üsul yalnız normativ xərclərin faktiki xərclərə yaxın olduğu halda istifadə oluna bilər və belə məsrəflərin normalarına  mütəmadi olaraq yenidən baxılmalıdır.

Normativ dəyərin hesablanması müəssisəinin faktiki səmərəliliyini normativ səmərəliliyi ilə müqayisə edilməsi yolu ilə rəhbərliyin nəzarət və idarəetmə məqsədləri ilə istifadə etdiyi uçot qaydalarını nisbətən qəlizləşdirir. Bunu  nəzərə alaraq, normativ dəyərin hesablanması yalnız belə qaydanı tətbiq etmək gücündə olan müəssisələr tərəfindən istifadə edilə bilər.

Normativ xərclər mütəmadi olaraq yeniləşdirilmədikdə və ya normativlər müəssisənin faktiki gücünə uyğun olmadıqda (bu hal böyük və davamlı uyğunsuzluqlarla təsdiq edilə bilər), normativ xərclər metodu ehtiyatların dəyərinin hesablanmasında istifadə edilə bilməz.

Hazırkı standartın 22-ci maddəsinə uyğun olaraq, ehtiyatların ilkin dəyərinin qiymətləndirilməsində həmçinin, pərakəndə satış metodundan da istifadə oluna bilər.  Lakin, yenə də, bu qayda yalnız sonda alınacaq dəyərlərin ehtiyatların faktiki ilkin dəyərlərinə yaxın olduğu halda istifadə edilə bilər.

Pərakəndə satış metodu adətən oxşar mənfəətlilik dərəcəsinə malik olan bir çox mallar ilə xarakterizə olunan pərakəndə sahələrdə istifadə edilə bilər.

Məsələn, “Avanqard” şirkəti kişi və qadın geyimlərinin pərakəndə satışı ilə məşğul olur. Müəssisə mallarının qiymətləndirilməsində çox sadə üsuldan istifadə edir: kişi geyimlərinin ilkin dəyərinə 30%, qadın geyimlərinin ilkin dəyərinə isə 50% əlavə edir. 

 

Belə halda, ehtiyatların ilkin dəyərinin qiymətləndirilməsində pərakəndə satış metodu istifadə edilməlidir, çünki hər iki növ ehtiyatların mənfəətlilik dərəcələri oxşardır.

Pərakəndə satış metodunda ilk olaraq ehtiyatın satış qiyməti təyin edilir (bu qiymətin müəyyən edilməsi çox asandır) və ondan normal mənfəətlilik dərəcəsi çıxılır.

Məsələn, Avanqard şirkəti kişi və qadın geyimlərinin pərakəndə satışı ilə məşğul olur. Müəssisə mallarının qiymətləndirilməsində çox sadə üsuldan istifadə edir: kişi geyimlərinin ilkin dəyərinə 30%, qadın geyimlərinin ilkin dəyərinə isə 50% əlavə edir.

 

31.12.2006-cı il tarixində müəssisənin ehtiyatlarında pərakəndə dəyəri 50000 manat olan qadın geyimləri və pərakəndə dəyəri 60000 manat olan kişi geyimləri mövcud idi.

 

Beləliklə, bu ehtiyatların balans dəyəri aşağıdakı kimi olacaqdır:

 

Qadın geyimləri                         33333  (50000 / 150 * 100)

Kişi geyimləri                             46154  (60000 / 130 * 100)

                                                    79487

 

Pərakəndə satış metodu adətən, müxtəlif mənfəətlilik dərəcələrinə malik olan və ya satışı zamanı mütəmadi olaraq güzəştlərin təqdim edildiyi geniş çeşiddə müxtəlif malları pərakəndə satan müəssisələrdə tətbiq edilə bilməz.

Məsələn, ”Min bir xırdavat” firması 400 növ müxtəlif malların satışını həyata keçirən mağazanı idarə edir. Bu malların mənfəətlilik dərəcəsi 9%-dən (siqaret satışının mənfəətlilik dərəcəsi) 150%-dək (ətriyyat satışının mənfəətlilik dərəcəsi) təşkil edir. Müəssisənin yürütdüyü siyasətə uyğun olaraq, mağazaya qoyulduqdan sonra bir ay ərzində satılmayan malların qiymətlərinə müəyyən güzəştlər tətbiq edilir. Hər hansı mallararın qiymətlərinə tətbiq ediləcək güzəştlər əvvəlcədən məlum deyil və mağazanın rəhbəri güzəştlərə dair qərarları müstəqil qəbul edir.

 

Ehtiyatların satış qiymətlərindən çıxılmalı olan məbləğin və mənfəətlilik dərəcəsinin təyin edilməsi ilə bağlı praktiki çətinliklər burada pərakəndə satış metodunun tətbiqinin məqsədə uyğun olmayacağı dərəcədə böyükdür. İxtiyari güzəştlərin tətbiqi ilə bağlı əlavə çətinlik həmçinin, qeyd edilmiş praktiki çətinliklərə əlavə olunur.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *