4 Aprel Moldovada Mühasiblər Günüdür

Aprelin 4-ü Moldovada mühasiblər günüdür.

Moldovada mühasibat uçotu və audit ildən ilə inkişaf edir və beynəlxalq standartlar səviyyəsinə çıxır – Moldova peşəkar mühasiblər və auditorlar Assosiasiyasının direktoru Vyaçeslav Çabanu belə hesab edir.

“İNFOTAQ” nəşrinin verdiyi məlumata görə, Vyaçeslav Çabanu bu fikirləri mühasibat uçotu işçilərinin peşə bayramı ilə bağlı söyləyib. Qeyd edib ki, 2007-ci ildə mühasibat uçotu ilə bağlı yeni qanun qəbul edildikdən sonra bu sahə inkişaf etməyə başlayıb və tədricən beynəlxalq standartlara çatmaqdadır.

“İstərdik ki, bu tendensiya qorunsun və Moldova respublikasının mühasiblərinin peşəkarlığı bu sahədə fəaliyyət göstərən beynəlxalq assosiasiyalar tərəfindən etiraf olunsun”, – Çobanu belə bəyan edib.

Onun sözlərinə görə, bu sahədə əhəmiyyətli və dərin biliklər olmadan mühasiblər peşəkar hesab oluna bilməz.

“Müasir cəmiyyət mühasibat uçotunun iqtisadi və sosial həyatda əhəmiyyətini, mühasibat uçotu sahəsində işləyən mütəxəssislərin məsuliyyətinin mühümlüyünü tam şəkildə dəyərləndirir”, – direktor belə söyləyib.

2011-ci ildə Moldovada peşənin maliyyə və iqtisadi əhəmiyyətini nəzərə alan 4 aprel sərəncamı dərc edilib və həmin tarix mühasiblər Günü kimi qeyd olunur.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *