500 manat maaşla mühasib axtarılır

birbank biznes

mühasib axtarılırİşəgötürən: EMA MMC

Əmək haqqı: 400-500 AZN

Təcrübə: 5 il

Təhsil: Ali

Əlaqələndirici şəxs: Nuranə Qasımova
Telefon: (012) 450-34-17
Tələblər:

• Cinsi: qadin
• Azərbaycan və Rus dili bilikləri. İngilis dili isə arzuolunandır.
• 1C və MS Office (xüsusən MS Excel) proqramlarında işləmək bacarığı
• Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti
• Ünsiyyət qurma və danışıqlar aparma bacarığı
• Dəqiqlik, dürüstlük, məsuliyyətlilik, işin tələb olunan vaxtda yerinə yetirilməsi

Vəzifələr:

• Elektron portal proqramı ilə işləmək
• Vergi və mühasibat uçotunun aparılması
• Kassa, Bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması
• Debitor və kreditor hesablaşmaların aparılması
• Əmək haqqı, məzuniyyətlərin hesablanması
• Mal-materialların uçotunun aparılması
• İdxal və ixrac əməliyyatlarının uçotunun aparılması
• Gündəlik və aylıq hesabatların tərtib edilməsi
• Aylıq xərclər smetasının planlaşdırılması və xərclərin plana uyğun sərfiyyatına nəzarət
• Aylıq daxili maliyyə hesabatlarının hazırlanması
• Vergi orqanlarından daxil olan məktubların nəzarətda saxlanılması və müvafiq yazışmaların aparılması
• Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi
• E-Qaimə və Vergi Hesab Fakturalarının yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı
• Müştərilər tərəfindən edilən ödənişlərin uçotu və gündəlik nəzarət edilməsi
• Sərbəst şəkildə tam mühasibat aparmaq və hesabatları göndərmək
• Kadrlarla iş

İş şəraiti:

• İş yeri: Sabunçu, Şəhər şossesi
• İş qrafiki: bazar ertəsi – cümə; 09:00-dan 18:00-dək, şənbə – qısa iş günü, bazar – istirahət günü
• Nahar fasiləsi: 13:00 – 14:00

Mənbə: rabota.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Print Friendly, PDF & Email