8 martla bağlı mükafat və bayram təbriki

posted in: Xəbər | 0
birbank biznes

Çöldə artıq bahardır və küçədə əlində çiçəklər tutmuş, gülümsəyən qadınlarla rastlaşırıq, axı bu gün 8 Mart Beynəlxalq qadınlar günüdür, onu bayram edirik. 8 Martla bağlı kollektivin gözəl yarısını təkcə güllərlə sevindirməzlər ki… Yəqin siz başa düşdünüz, maddi həvəsləndirmədən – bu bayramla bağlı pul mükafatından söhbət gedir. Bu günkü yazıda biz dövlət bayramları zamanı kimlərin mükafatlandırıla biləcəyi ilə bağlı ümumi qaydalara diqqət yetirəcəyik.

Öz işçilərinin mükafatlandırılması məsələsini həll edərkən, büdcə müəssisələrinin rəhbərliyi mükafatların verilməsi zamanı onların smetada, kollektiv müqavilədə, mükafatlandırma ilə bağlı qaydalarda nəzərdə tutulub-tutulmaması ilə maraqlanmalıdırlar.

Qaydalarla bağlı sənədə xüsusi diqqət yetirilməlidir, çünki ayrı-ayrı kateqoriyadan olan işçilərə mükafatların verilməsi ilə bağlı imkanlar və incəliklər, məhz, həmin sənəddə öz əksini tapıb. İndi isə biz bu qaydalardan “mükafat” normaları ilə bağlı formulları nümunə gətirəcəyik.

Beləliklə, dövlət bayramları ilə bağlı mükafat verilməsi kollektiv müqavilədə və ya mükafatlandırma ilə bağlı Qaydalarda hökmən öz əksini tapmalıdır. Bundan ötrü vəsaitlər isə smetada öz əksini tapmalıdır.  Lakin, hətta bu şərtlərə əməl etmək belə heç də həmişə mükafat verilməsindən ötrü yetərli sayılmır. Bəzi hallarda qanunvericilik bu cür mükafatların verilməsini məhdudlaşdırır. Və o səbəbdən bayramlarla bağlı mükafatlar da qadağa altına düşə bilər.

Amma, bütün hallarda zərif cinsin nümayəndələrini 8 Mart bayramında sevindirməyə dəyər. Onlara çiçək və şirniyyat ərmağan etmək olar ki, bundan ötrü elə də böyük məsrəflər lazım gəlmir. Deməli, burada əsas məsələ diqqətdir.

Əziz qadınlar, 8 Mart bayramınız mübarək!

Sizlərə möhkəm can sağlığı, bahar kimi gənclik təravəti, sevgi və harmoniya arzu edirik! Qoy həmişə sizin zərif qəlbiniz bahar kimi təravət saçsın, ailənizdə daim əmin-amanlıq və rahatlıq olsun.

Və qoy həmişə möhkəm cinsin nümayəndələrindən olan əzizləriniz və yaxınlarınız təkcə bu gün yox, ilboyu sizlərin qayğısına qalsınlar.

Sizlərə gözəl əhvali-ruhiyyə arzu edirik!

Mühasib qadınlara və mühasibatda çalışan qadın əməkdaşlara:

Saydınız, hesabladınız – Əlbəttə, yoruldunuz.

Diqqəti yayındırıb -Təbriki də oxudunuz.

Qoy bu gözəl qadınlar bayramında – Mart ayı Sizə ərmağan etsin

Özü ilə birlikdə hazır hesabat gətirsin – Əhvalınız il boyu yüksəldikcə yüksəlsin!

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email