96 yaşlı mühasibə 4 il həbs

posted in: Məqalə, Xəbər | 0
birbank biznes

Aşağı Saksoniyada Tselle alman şəhər məhkəməsi “Osventsimin mühasibi” kimi tanınan 96 yaşlı Oskar Gröning barədə hökm çıxarıb. Hökmə görə o, 4 il həbs cəzası çəkməlidir. Bu haqda Spiegel nəşri məlumat yayıb.

2015-ci ilin iyulunda özünün bilavasitə iştirakı olmasa da Gröning 300 min insanın qətlində təqsirli bilinərək dörd il müddətinə həbsə məhkum edilib.

Onun vəkilləri apellyasiya şikayəti verərək, müdafiəçisi olduğu şəxsin sağlamlığı səbəbiylə bu cəzanı çəkmək iqtidarında olmadığını bildiriblər, amma məhkəmə qərar verib ki, məhbus elə həbsxana şəraitində zəruri olan tibbi xidmətlə təmin olunur.

Gröning 1942-ci ildən 1944-cü ilə qədər Osventsim həbs düşərgəsində xidmət edib. Onun əsas vəzifəsi ölüm düşərgəsinə gətirilən insanların pullarını və digər qiymətli əşyalarını qəbul etməkdən ibarət olub. Sonra isə Grening toplanmış vəsaitləri Berlinə yola salırmış.

Osventsim həbs düşərgəsi Polşada Krakov şəhərindən 60 km-lik məsafədə yerləşib. Bu ölüm düşərgəsi almanların yaratdığı ən böyüyüdür, eyni zamanda yəhudi soyqırımı – Xolokostun başlıca simvollarından hesab olunur. Müxtəlif hesablamalara görə, Osventsimdə 1,4 milyon insan qətlə yetirilib ki, onların da bir milyondan çoxu yəhudi olub. Hazırda həbs düşərgəsinin ərazisində muzey fəaliyyət göstərir.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email