ABŞ Çinə qarşı mövqeyini sərtləşdirib

posted in: Xəbər | 0

ABŞ Son zamanların beynəlxalq iqtisadiyyat xəbərlərində ABŞ Prezidenti Donald Trampın idxal edilən mallara rüsumların tətbiq olunması ilə bağlı bəyanatları daha önəmli yer tutur və bu mövzunun aktuallığı səngimək əvəzinə getdikcə daha da artır.

«Bloomberg» agentliyinin yaydığı məlumata əsasən, Donald Trampın administrasiyası Çindən idxal olunan 200 milyard dəyərində məhsullar üçün əvvəlcə bəyan edilmiş 10 faiz əvəzinə 25 faizlik rüsum tutulması təklifi ilə çıxış edəcək. Üç səlahiyyətli mənbəyə istinadən yayılmış xəbərdə göstərilmişdir ki, Tramp əlavə genişləndirilmiş siyahısı tərtib edilmiş mal və xidmətlər üçün əvvəlcə 10 faiz həcmində rüsum tutulmasını təklif etsə də, administrasiya bu rəqəmi yetərli hesab etməyərək, həddin 25 faizə qaldırılması versiyası üzərində dayanmışdır. Mənbələrdən birinin məlumatına əsasən, rüsumların artırılması ilə əlaqədar qərar yekun deyildir və əlavə olaraq razılaşdırılmalıdır.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Xatırladaq ki, ABŞ-da 2018-ci ilin iyununda Çindən idxal edilən 50 milyard dəyərində mallar üçün 25 faizlik rüsum tətbiq edilməyə başlanmışdı. Bu addımın atılmasında formal səbəb kimi,  Amerikanın intellektual əmlakının və texnologiyalarının Çin tərəfindən oğurlanması, eləcə də ədalətsiz ticarət təcrübəsinin həyata keçirilməsi göstərilmişdi. Çin ABŞ administrasiyasının bu qərarına öz etirazını bildirmiş, bunun Ümumdünya Ticarət Təşkilatının qaydalarına zidd olduğunu əsas gətirərək, öz tərəfindən də analoji addımlar atılacağını bəyan etmişdi. İyulun 6-dan Çinə gətirilən 34 milyard dollar dəyərində ABŞ mallarına (bunlar əsas etibarilə kənd təsərrüfatı məhsulları, avtomobillər və dəniz məhsullarıdır) 25 faizlik rüsumlar tətbiq edilir.

Mənbə: vergiler.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *