ABŞ-ın dövlət borcu rekord həddə yüksəldi

posted in: Xəbər | 0
birbank biznes

ABŞ-ın dövlət borcu rekord həddə yüksəldi

Usdebtclock.org resursunun məlumatından aydın olub ki, ABŞ-ın dövlət borcu 25 trilyon dollara çatmaqla, yeni rekord müəyyənləşdirib. Bu cür kəskin artım koronavirus pandemiyasına qarşı mübarizə üçün ayrılan büdcə xərcləri ilə bağlıdır.

Məlumat dərc edilərkən, ABŞ-ın dövlət borcları 25,04 trilyon dollara bərabər olub. Bu tarix boyunca ən yüksək göstəricidir və yaxın vaxtlarda onun daha da artacağı gözlənilir. Mayın əvvəlində Maliyyə Nazirliyi yaxın üç ay ərzində üç trilyon dollarlıq istiqrazlar yerləşdirmək planlarını açıqlayıb. Beləliklə, üçüncü rübdə borcların həcminin ötən il ərzindəki analoji göstəricini iki dəfədən çox ötəcəyi gözlənilir.

Dördüncü rübdə (iyul-sentyabr aylarında) yeni götürülən borcların ümumi həcmi 677 milyard dollar təşkil edəcək. Federal ehtiyatlar sistemi (FES) və onun başçısı Jerome Powell artıq təkrar bazarda böhranın nəticələrini aradan qaldırmaq üçün lazım olan sayda dövlət istiqraz kağızlarını almağa hazır olduqlarını bəyan ediblər.

Sorğu edilən Forbes iqtisadçılarının rəyi belədir ki, tam miqyaslı böhran və kütləvi işsizlik şəraitində dövlət borcunun artırılması inflyasiyanın artmasına və investorların dollara olan inamının azalmasına səbəb olsa da, zəruri və yeganə mümkün tədbirdir. Berkshire Hathaway investisiya şirkətinin təsisçisi və rəhbəri Warren Buffett də eyni mövqedədir.

Digər ekspertlər isə prezident Donald Trump-ın dövlət borcunun səviyyəsini və büdcə kəsirini aşağı salacağına dair seçkiqabağı vədlərini xatırladırlar. Onu da demək lazımdır ki, bir müddət sonra Trump borc almaqla geniş miqyaslı vergi islahatlarının mənfi büdcə təsirini neytrallaşdıra biləcəyini izah edərək özünü “borc kralı” adlandırmışdı.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email