Rusiya və ABŞ-ın neft anbarları nə qədər neft tutur?

posted in: Xəbər | 0
birbank biznes

Rusiya və ABŞ-ın neft anbarları nə qədər neft tutur?

Neft hasilatının kəskin şəkildə aşağı düşdüyü bir şəraitdə Rusiyanın neft hasilatının azalması ilə bağlı öz üzərinə götürdüyü öhdəlik neft şirkətlərinə ciddi zərbə vuracaq. Əgər hələ sovet vaxtından işləyən və tükənməkdə olan quyular dayandırılsa, onların bir çoxunu onları yenidən işə salmaq mümkün olmayacaq. Lakin neft hasilatını azaltmaq mütləqdirmi? Neft satışını azaldıb, onun ehtiyatını artırmaqla, artıq nefti borulara, dəmiryol sisternlərinə və digər anbarlara vurmaq olmazmı? Hazırda Rusiyada neft saxlamaq üçün nə qədər sərbəst yer qalıb? Sərbəst yerlər digər ölkələrdəkindən çoxdur və ya azdır?

“Neskuçnaya ekonomika” saytının yaradıcısı, iqtisad elmləri namizədi Mixail Solovyev:

Kobud dəyərləndirmələrə görə Rusiyanın bütün neft anbarları 85-87 mln ton neft saxlanılmasına hesablanıb. Bunlar, anbarlar və “Transneft”in boru kəmərləri, dəmiryolu sisternləri və digər saxlanc yerləridir. Aprel ayının sonuna həmin anbarlarda yalnız 9-12 mln ton neft üçün yer olub. Bu gücü artırmaqla, daha çox neft saxlamaq və daha az nəql etmək mümkün deyil. Əks təqdirdə boru kəmərlərinin və dəmir yollarının ötürücülük qabiliyyəti pozulacaq.

Özü də bu zaman nəzərə almaq lazımdır ki, Rusiya may ayında neft hasilatını kondensat nəzərə alınmadan 7,5 mln ton azaltmalıdır. Əgər bütün bu həcm real ixtisar əvəzinə anbarlara yönəldilərsə, belədə anbarlarda sərbəst yer iyun ayında başa çatacaq. Növbəti aylarda isə belə bir əməliyyatı artıq yerinə yetirmək mümkün olmayacaq və bundan neft sənayesi uduşda olmayacaq/ Hətta əksinə bu həcmdə neftin uzun müddət saxlanılması üçün nəzərdə tutulmayan bu proses texnoloji çətinliklər üzündən itkilərlə üzləşəcəkdir.

ABŞ-ın dövlət neft ehtiyatı və özəl şirkətlərin anbarları 200 mln ton neft saxlanılmasına hesablanıb. Hazırda həmin anbarlarda ən çoxu 30-40 milyon tonluq sərbəst yer qalıb ki, o da sürətlə azalmaqdadır. Səudiyyə Ərəbistanında isə 20 milyon tonluq sərbəst yerin qalması barədə məlumat var. Əgər hasilat azaldılmasa, həmin anbarlar da çox tezliklə ağzına kimi dolacaq.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email