» » » ABŞ vergi sistemi barədə bilmədiklərimiz

ABŞ vergi sistemi barədə bilmədiklərimiz

posted in: Məqalə, Vergi, Xəbər | 0

ABŞ vergi sistemiŞtatların başlıca gəlir mənbələrindən birini satışdan əldə edilən vergilər təşkil edir ki, onlar da bunu şəhərlər arasında paylaşdırırlar. Həmin vergilər istehlakçılar tərəfindən məhsullar satın alınarkən və xidmətlər göstərilərkən, ödənilir. Sözügedən vergi növünə istehlak mallarının əksəriyyəti, o cümlədən tibb məhsulları cəlb olunur.  Ümumi satış vergisi həm malların dövriyyəsinin hər bir mərhələsində, həm də əhaliyə göstərilən xidmətlərin dövriyyəsi zamanı satışdan əldə olunan ümumi gəlirlərə tətbiq edilir. Yerli satış vergisi ştatların satış vergisinə əlavədir. Bu vergilərdən əldə edilən gəlirlər ştatda toplanır və sonra hansı ərazidə toplanılıbsa, həmin yerin yerli özünüidarəetmə orqanına qaytarılır.Bundan əlavə, yerli hakimiyyət orqanları dövlət qanunlarına əsasən müxtəlif satış növləri üzrə öz vergilərini tətbiq etmək hüququna malikdirlər.Belə vəziyyətdə yerli vergi dərəcələri ştat vergilərindən aşağı olur və 2% -dən çox təşkil etmir.

Həmçinin bax: Kanada vergi sistemi barədə bilmədiklərimiz (1-ci hissə)

Vergilərin həcmi ştatlardan asılı olaraq dəyişir: Mülkiyyətə görə vergilər həm ştatlar, həm də yerli səviyyədə ödənilir. Gəlirlə işləməyən və kommersiya məqsədləri llə istifadə olunmayan təşkilatlar istisna olmaqla, daşınmaz əmlak və təsərrüfat avadanlıqları başlıca olaraq vergiyə cəlb olunurlar. Eləcə də federal hökumət, ştat hökumətləri və yerli hakimiyyət orqanları da vergiyə cəlb olunmurlar. Ştat səviyyəsində vergi göstəriciləri: şirkətlərin sərmayəsi 0,75%, hüquqi və fiziki şəxslərin mülkiyyəti isə 0,5%-dən 5%-dək vergiyə cəlb olunur.

Yerli əmlak vergisi qanunvericiliklə dəqiq müəyyən edilmiş əmlaka malik fiziki və hüquqi şəxslərdən tutulur. Vergi obyekti kimi çıxış edirlər:daşınmaz əmlak (torpaqlar, daşınmaz əmlak obyektləri), şəxsi mülk (maşın, avadanlıqlar, qiymətli zinət əşyaları, istiqrazlar, pul vəsaitləri).

Əmlakın təxmin edilən dəyəri vergi bazası kimi xidmət edir. Ştatlar üzrə vergi göstəricisinin orta səviyyəsi 2% təşkil edir. Əmlakın qiymətləndirilməsi, vergi orqanının əməkdaşları olan vergi qiymətləndiriciləri tərəfindən həyata keçirilir.

Vərəsəlikdən və bağışlama yolu ilə keçən əmlaka görə vergilər fiziki şəxslər tərəfindən əmlakın dəyərinə və qohumluqla yaxınlıq dərəcəsinə (ümumi olaraq17 şkala üzrə) görə 18% -dən 55% qədər ödənilir.

Vərəsəlilk, vergi yığımına cəlb olunan obyektlərə görə ABŞ vətəndaşları və rezidentlər üçün harda yerləşməsindən asılı olaraq, özündə mülkiyyətin bütün növlərini əhatə edir. Qeyri-rezidentlər isə vərəsəlik yolu ilə keçən və yalnız ABŞ ərazisində olan əmlaklara görə vergi ödəyirlər.

ABŞ-ın federal vergi xidməti əmlak və bağışlama yolu ilə vergiyə cəlbolunmanı həyata keçirmək məsələləri ilə məşğul olan işçilər arasında ciddi kadr dəyişiklikləri həyata keçirməyi planlaşdırır. Hazırda tənha insanlara məxsus olan və qiyməti 2 milyon dollardan çox olmayan və evli cütlüklərə məxsus  və dəyəri 4 milyondan çox olmayan əmlaka görə vergi norması 46%-dən çox ola bilməz.

Həmçinin bax: Avstraliya vergi sistemi barədə bilmədiklərimiz (1-ci hissə)

Vergi minimzasiyası

Vergi öhdəliklərinin aşağı salınması sxemləri. ABŞ-ın vergi hüququ vergi sxemlərinin iki başlıca növünü fərqləndirir, hansı ki, onların realizə olunması eyni nəticəyə (vergi öhdəliklərinin aşağı salınması) gətirib çıxarır, lakin bu qanunla ziddiyyət kimi qiymətləndirilir. Bu sxemin birinci növü saxta sövdələşmələrin həyata keçirilməsi ilə əlaqəlidir, yəni, reallıqda heç vaxt həyata keçirilməyən, amma sənədləşdirilən əməliyyatlar hesabına vergi üstünlüyü əldə etməyə cəhdlər olunur. Vergi ödəyicilərinin belə fəaliyyəti qanunsuzdur, həmin əməliyyatlar zamanı əldə edilən vergi güzəştləri məhkəmələr tərəfindən ləğv edilir.

“Vergi sığınacağı” adını alan ikinci növ sxem isə ABŞ-da leqallaşdırılıb. Dövlət vergiödəyicisinin vergi yükünü azaltmaq üçün təsərrüfat fəaliyyəti ilə bağlı əməliyyatları planlaşdırmaq hüququnu tanıyır və bu zaman vergiödəyicilərinə vergiyə cəlb olunan gəlirlərin ən aşağı həcmində ödəmələrinə təminat verilir.

Bununla yanaşı, qeyd etmək lzımdır ki, ABŞ-da vergi minimizasiyası mütləq şəkildə sərbəst bir məsələ deyil.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *