ACCA: Mühasibat və Koronavirusla mübarizə

posted in: Məqalə, Xəbər | 0
birbank biznes

ACCA, mühasibat, koronavirus,Britaniya şirkətləri koronavirus ilə mübarizəyə hazırlaşırlar. (ACCA, mühasibat)

Koronovirus pandemiya halına keçərək inkişaf etdiyindən, Böyük Britaniya və İrlandiyada mühasiblər adaptasiya üzrə tədbirlər hazırlayırlar.

Böyük Britaniya və İrlandiyada koronavirus halları (COVID-19) artdıqca, mühasibat firmaları pandemiyanın yayılmasını önləmək üçün addımlar atır və yaxın aylara hazırlaşırlar.

Bununla birlikdə firmalar yeni normalara uyğunlaşmağa çalışdıqları üçün epidemiyanın təsiri mühasibat uçotunda dərin hiss olunur.

“Böyük Britaniya, COVİD-19 təsirinin gecikdirilməsinə dair ekspert tövsiyələri və tibbi sübutları nəzərdən keçirərkən, İrlandiyada məktəblər, kolleclər və digər ictimai idarələr koronovirus səbəbiylə bağlanır”, – ACCA elektron poçt idarəsinin icraçı direktoru Meqqi Makli belə söyləyib. “Bu, Britaniya və İrlandiya müəssisələrinə, xüsusilə də xaricdə işləyənlərə əhəmiyyətli təsir göstərərəcək”.

“Buna görə mühasiblər öz təşkilatlarını koronavirus pandemiyası nəticəsində yarana biləcək maddi texniki və çoxsaylı maliyyə tələbləri üzərindən istiqamətləndirmək üçün təşəbbüskarlığı öz üzərlərinə götürməlidirlər”.

“Deloitte” nəşri, maliyyə alətlərinin dəyərinin daha dəyişkən olacağı barədə mühasiblərə xəbərdarlıq edən bir məlumat yayımlayıb. Qeyd edib ki, maliyyə hesabatlarının və bununla bağlı hesabatlarının açıqlanması COVID-19-un nəticələrinin bütün əhəmiyyətli təsirlərini əks etdirməlidir”.

Bunu nəzərə alaraq, mühasiblər öz sağlamlıqlarını və biznes işlərini yaxın gələcəkdə pandemiyanın təsirindən müdafiə etməyə təşviq edirlər.

Dəyişiklilərə hazırlıq

“Peşəkar mühasiblər olaraq, üzvlərimiz bütün dünyada biznes və təşkilatların maliyyə sabitliyi və bütövlüyü məsələləri üzrə idarəetmənin, müdafiənin və məsləhətləşmənin ön cərgəsindədirlər”, – ACCA-nın məlumatında belə deyilir.

Baxmayaraq ki, hökumət özünütəcridlə bağlı müəyyən simptomları nümayiş etdirən, istisnasız olaraq stolüstü proqram təminatından istifadə edən, adaptasiya zamanı çətinliklər hiss edə bilənləri təşviq edir.

Hər hansı bir dəyişiklikdən əvvəl mühasiblər masaüstü kompüteri ilə sinxronizasiya edə bilən və müştərilərlə şəxsən deyil, telefon və ya İnternet üzərindən görüşülə biləcək, kənardan idarə oluna bilən əsaslı proqram təminatına keçməyi düşünməlidirlər.

Bundan başqa, onlar vergi ödəmə müddəti barədə hökumət elanlarına da diqqət yetirməlidirlər. Çünki ABŞ-ın Maliyyə Nazirliyi artıq vergi gününü aprelin 15-dən sonrakı tarixlərə geri çəkib.

Koronavirusun dəyişkən təbiəti hazırlıqları çətinləşdirir. Buna görə mühasiblər də ünsiyyət bacarıqlarını inkişaf etdirməlidirlər və dəyişən ehtiyacları barədə müştərilərlə dialoq aparmalıdırlar.

“Şirkətlər virusu maddi risk kimi qəbul etməlidirlər”, – Makli belə deyir. “FRC daim bunu etməyə təşviq edir və xərcləri azaltmaq üçün tövsiyələr verir.

“Bütün ağlabatan addımların mümkün qədər tez atılması çox vacibdir”.

İstənilən maliyyə iflası və ya böhran ərəfəsində mühasiblər də öz firmalarının ehtiyacları üçün Rişi Sunakın büdcə vədləri ilə möhkəmləndirilmiş “fövqəladə” planlar hazırlamaq istəyə bilərlər.

İngiltərə “gecikmələr” mərhələsinə qədəm qoyduğundan, hər gün heç bir zəmanət olmadan dəyişiklikləri gözləmək olar. Ümumdünya səhiyyə təşkilatının tövsiyələri əvvəlki kimi özünütəcridi, yəni, mümkün olduğur yerdə gigiyena qaydalarına əməl etmək və əlləri diqqətlə yumaq, eləcə də həyatı mümkün olduğu səviyyədə davam etdirməyi nəzərdə tutur.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
ACCA, koronavirus
Print Friendly, PDF & Email