Aidiyyəti şəxslərlə bağlanılan əqdlər barədə bilməli olduqlarımız

posted in: Xəbər | 0
birbank biznes
əqdlərAzərbaycan Respublikası qanunvericiliyinə görə hüquqi şəxslərin öz fəaliyyətləri zamanı riayət etməli olduqları başlıca şərtlərdən biri də sırf aidiyyəti olan şəxslərlə bağlanan əqdlərlə bağlıdır.
Belə ki, qanunvericiliyə görə hüquqi şəxs ona aidiyyəti olan şəxslə əqd bağlayarkən, əqdin dəyəri həmin hüquqi şəxsin aktivlərinin 5%-dək hissəsini təşkil etdikdə, bu halda həmin əqd hüquqi şəxsin nizamnaməsinə uyğun olaraq səhmdarların ümumi yığıncağı, direktorlar (müşahidə) şurası və ya icra orqanının rəhbəri tərəfindən qəbul olunur. Onu da xatırladaq ki, həmin əqdə aidiyyəti olan şəxs bu əqdin bağlanması ilə əlaqədar keçiriləcək iclasda keçirilən səsvermədə iştirak edə bilməz.
Əgər əqdin dəyəri hüquqi şəxsin aktivlərinin 5%-i və daha çox hissəsini təşkil edərsə, bu halda müstəqil auditorun rəyi və hüquqi şəxsin iştirakçılarının ümumi yığıncağının iclasında qəbul edilməlidir.
Tək icra orqanının rəhbəri özü aidiyyəti şəxs olduqda isə müvafiq olaraq ya direktorlar (müşahidə) şurasının, ya da səhmdarların ümumi yığıncağının iclasında həmin əqd qəbul olunmalıdır.
Ümumiyyətlə, aidiyyəti şəxs mütləq əqd bağlanmazdan əvvəl həmin əqdlə bağlı yazılı şəkildə məlumat verməlidir.
Mövzu ilə əlaqədar qeyd etmək lazımdır ki, bu növ əqdlərlə bağlı qanunvericiliyin tələblərinin pozulması halında aşağıdakı məsuliyyət tədbirləri nəzərdə tutulmuşdur.
  • banklara və bank olmayan kredit təşkilatlarına aidiyyəti olan şəxslərlə əqdlərin bağlanması qaydalarının pozulmasına, yaxud belə əqdlərlə əlaqədar qanunla müəyyən edilmiş qaydada məlumatların təqdim edilməməsinə görə vəzifəli şəxslər 2000-2500 manatadək miqdarda, hüquqi şəxslər 15000-20000 manatadək miqdarda cərimə edilir.
  • Səhmdar cəmiyyətlərinə aidiyyəti olan şəxslərlə əqdlərin bağlanması qaydalarının pozulmasına, yaxud belə əqdlərlə əlaqədar qanunla müəyyən edilmiş qaydada məlumatların təqdim edilməməsinə görə vəzifəli şəxslər 1000-1500 manatadək miqdarda, hüquqi şəxslər 10000-15000 manatadək miqdarda cərimə edilir.
  • Digər hüquqi şəxslərə aidiyyəti olan şəxslərlə əqdlərin bağlanması qaydalarının pozulmasına, yaxud belə əqdlərlə əlaqədar qanunla müəyyən edilmiş qaydada məlumatların təqdim edilməməsinə görə vəzifəli şəxslər 500-1000 manatadək miqdarda, hüquqi şəxslər 5000-10000 manatadək miqdarda cərimə edilir.
Print Friendly, PDF & Email