Aksiz vergisi ilə bağlı qanun təkmilləşdirilir

posted in: Vergi, Xəbər | 0
birbank biznes

AksizMilli Məclisin plenar iclasında təsdiqlənmiş «Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında» qanun layihəsinə  əsasən, aksiz vergisinin dərəcəsinin ölkəyə idxal edilən bütün avtomobillər üzrə artırılması nəzərdə tutulur.

Aksiz dərəcələri necə hesablanacaq?

Minik avtomobillərində mühərrikin həcmi 2000 kubsantimetrədək olduqda mühərrikin həcminin hər kubsantimetrinə görə 0, 30 manat (hazırda 0, 20 manat);

Bax: Vergilər Nazirliyi: Gələn ildən əmək haqqılar belə hesablanacaq

Mühərrikin həcmi 3000 kubsantimetrədək olduqda 600 manat (hazırda 400 manat) +mühərrikin həcminin 2001-3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 5 manat (hazırda 3 manat);

Mühərrikin həcmi 4000 kubsantimetrədək olduqda 5600 manat (hazırda 3400 manat) +mühərrikin həcminin 3001-4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə -13 manat (hazırda 8 manat);

Mühərrikin həcmi 5000 kubsantimetrədək olduqda 18.600 manat (hazırda 11.400 manat) +mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə -35 manat ( hazırda 20 manat);

Mühərrikin həcmi 5000 kubsantimetrdən çox olduqda 53.600 manat (hazırda 31.400manat) + mühərrikin həcminin 5000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə 70 manat (hazırda 40 manat)

Bax: Ezamiyyə zamanı orta əmək haqqının saxlanması ilə bağlı VN-nin cavabı

Qeyd edək ki, Azərbaycana idxal olunan avtobuslar da aksiz vergisinə cəlb ediləcək. Məcəllənin 190-cı (Aksizli malların siyahısı və vergi dərəcələri) maddəsinə edilən 190.4.1-1-ci əlavəyə əsasən mühərrikin həcmi 4000 kubsantimetrədək olduqda mühərrikin həcminin hər kubsantimetrinə görə 2 manat aksiz dərəcəsi müəyyənləşdirilib.

Mühərrikin həcmi 6000 kubsantimetrədək olduqda 8000 manat və əlavə olaraq mühərrikin həcminin 4001-6000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 4 manat aksiz dərəcəsi müəyyənləşdirilib.

Mühərrikin həcmi 8.000 kubsantimetrədək olduqda 16.000 manat və əlavə olaraq mühərrikin həcminin 6001- 8000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 6 manat aksiz dərəcəsi müəyyənləşdirilib.

Mühərrikin həcmi 10.000 kubsantimetrdək olduqda 28.000 manat və əlavə olaraq mühərrikin həcminin 8001-10.000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 8 manat aksiz dərəcəsi müəyyənləşdirilib.

Mühərrikin həcmi 10.000 kubsantimetrdən çox olduqda 44.000 manat və əlavə olaraq mühərrikin həcminin 10.000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə 10 manat aksiz dərəcəsi müəyyənləşdirilib.

Məcəlləyə əlavə edilən 190.4.1-2-ci maddəyə əsasən ölkəyə idxal olunan avtobusların istehsal tarixi 1 ildən artıq və ya qət etdiyi məsafə 100.000 kilometrdən artıq olduqda, aksiz bu Məcəllənin 190.4.1-1-ci maddəsinə əsasən hesablanmış məbləğə 1,5 əmsal tətbiq edilməklə hesablanır.

«VİP Escort» şirkətinin rəhbəri, avtomobil bazarı üzrə ekspert Rəşad Quliyev bildirib ki,  bu addımın atılması avtomobil bazarında tez-tez dəyişən qiymət rentabelini stabilləşdirəcək: «Avropanın bir sıra ölkələrində avtomobillər üçün idxal vergisindən savayı yol və s.  vergilər mövcuddur. Azərbaycanda isə avtomobillər idxal olunarkən yalnız aksiz və əlavə dəyər vergisinə cəlb olunurlar.

Bax: Təsisçi dəyişikliyi zamanı hansı vergi öhdəlikləri yaranır?

 2017-ci ildən Almaniya Federativ Respublikası hökuməti ekologiyanı qorumaq üçün dizel mühərrikli avtomobillərin ölkədə istismarı və istehsalını dayandırmaq üçün müəyyən müzakirələrə başlayıb. Ətraf mühitin qorunması məqsədilə Almaniyada ilk dəfə olaraq 2008-ci ildə Berlin, Hannover və Köln şəhərlərində «Umwelt Zone» adlanan 270.1 nişanları quraşdırıldı. 3 rəngdən ibarət olan bu nişan – qırmızı (Avro2), sarı (Avro3), yaşıl (Avro4) standartına cavab verən nəqliyyat vasitələrinin şəhərə girişinə icazə verilməsi mənasını daşıyırdı. Bu, tədricən bütövlükdə ölkəyə şamil edildi. Bu qanunun tətbiqindən sonra artıq «Avro 2» standartına cavab verən avtomobillərin ixracında kifayət qədər artım müşahidə olundu. Hazırda bizim yollarımızda şütüyən bir çox maşınlar (Mercedes C klass, E klass və s.) məhz o qanundan sonra ölkəmizə idxal olunanlardır.

Avropadakı dizel «skandal»ından sonra ölkəmizə kütləvi şəkildə idxalın başlayacağı gözlənilir. Düşünürəm ki, hökumət bunu nəzərə alaraq, stabilliyi qorumaqla yanaşı, köhnə avtomobillərin vergiyə cəlb edilməsini təmin etməlidir. Xatırladım ki, 2019-cu il yanvar ayından Avropada Avro4 və Avro5 standartlı  dizel mühərriki ilə işləyən avtomobillərin istismarı qadağan ediləcək. Həmin avtomobillərin isə ölkəmizə kəskin sürətdə idxalı qaçılmazdır».

Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, bu ilin yanvar-oktyabr aylarında Azərbaycana idxal edilən avtomobillərin sayı 19 min 336 ədəd olub.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email