Aksiz vergisi ödəyiciləri ilə bağlı hansı maliyyə sanksiyaları və cərimələr mövcuddur?

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Aksizlər üzrə qanunvericilikdə məsuliyyət növləri

Azərbaycan Respublikası qanunvericiliyi vergi hüquqpozmaları zamanı bir sıra məsuliyyətlər nəzərdə tutur. Vergi hüquqpozmaları dedikdə vergi ödəyicilərinin, vergi agentlərinin (VM, fəsil II), onların vəzifəli şəxslərinin, habelə tənzimləyici orqanların vəzifəli şəxslərinin Vergi Məcəlləsi  və digər qanunvericiliklə müəyyən edilmiş tələblərin yerinə yetirilməməsinə  yaxud lazımınca yerinə yetirilməməsinə səbəb olan hüquqazidd hərəkətləri başa düşülür.

Vergi qanunvericiliyinin və icrası tənzimləyici orqanlara həvalə edilmiş digər qanunvericilik aktlarının  pozulmasına görə aşağıdakı hüquqi məsuliyyət növləri tətbiq edilir:

  • maliyyə;
  • inzibati;
  • cinayət.

Aksiz vergisi digər vergilərdən fərqli olaraq həm ümumi qaydada vergilərlə bağlı hüquqpozmalara görə, həm məhz özü ilə bağlı hüquqpozmalara görə inzibati, cinayət məsuliyyətinə səbəb ola bilən vergidir. Dövlətin, vergi orqanlarının bu sahədə nəzarəti güclüdür. Çox təəssüf ki, bu sahədə bəzi işbazlar saxta aksiz markası, marka olmadan malları saxlamaq, satmaq kimi əməllər törətməkdən əl çəkmirlər.

Bu məqalədə sizi aksiz vergisi ödəyicilərilə bağlı Vergi Məcəlləsilə nəzərdə tutulmuş bir sıra maliyyə sanksiyaları, İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş müəyyən cərimələr, Cinayət Məcəlləsində nəzərdə tutulmuş bir sıra cinayət məsuliyyətləri ilə tanış edəcəyik.

Aksiz vergisi üzrə maliyyə sanksiyalarının tətbiq edildiyi hallar

Maliyyə sanksiyasının tətbiq edildiyi hallar verginin bilərəkdən azaldılması ilə əlaqədardır. Belə hallara nümunə kimi təqdim edilən aksizli malların uçota alınmaması yaxud aşağı dəyərlə uçota alınması, təqdim edilən malların qiymətlərini  faktiki qiymətdən aşağı rəsmiləşdirmə, hesabatlarda aksiz vergisinə cəlb olunan əməliyyatın azaldılması yaxud heç göstərilməməsi hallarını göstərmək olar. Həmçinin əvəzləşdirilmə yaxud büdcədən geri alınacaq dövriyyələrin dəqiqləşməsi zamanı saxta vergi hesab-fakturalardan istifadə, həmçinin Vergi Məcəlləsi ilə müəyyən edilmiş digər şərtlərin gözlənilməməsi də bu cür pozuntulara səbəbi ola bilər.

Aksiz vergisi üzrə maliyyə sanksiyalarının tətbiq edildiyi halları aşağıdakı kimi qruplaşdırmaq olar:

  • aksizli əmtəə istehsalçılarının vergiyə cəlb edilməli əməliyyatın dəyərinin azaldılması;
  • əvəzləşdirilməyə yaxud büdcədən qaytarılmaya görə aksiz dövriyyəsinin düzgün təyin edilməməsi;
  • aksiz hesabatı təqdim etməməklə məbləğlərin büdcədən yayındırılması;
  • hesabatlarda əvəzləşdirilən, büdcədən geri qaytarılmalı, sıfır dərəcə ilə vergiyə cəlb edilməli dövriyyələrin səhv göstərilməsi;
  • əməliyyat vaxtının, malların təqdim edilmə yerinin düzgün müəyyən edilməməsi;
  • nəzarət-ölçü cihazların göstəricilərinə müdaxilə, aksiz vergisi ilə bağlı plombların zədələnməsi;
  • aksiz markası ilə markalanmama, düzgün olmayan uçot, markaların inventarizasiyasının düzgün aparılmaması;
  • aksizli məhsulların marka vurulmadan satışı yaxud istehsal binasının hüdudlarından kənara buraxılması;
  • aksizlər üzrə əvvəlki aksiz vergilərini ödəmədən yeni aksizli malların istehsal binasının hüdudlarından kənara buraxılması.

Qeyd edilən mümkün pozuntuların qarşısını vergi nəzarəti tədbirlərini mütəmadi tətbiq etməklə almaq mümkündür. Aksizli mallar üzərində vergi nəzarəti Vergi Məcəlləsinə (maddə 194) və AR Nazirlər Kabinetini təsdiq etdiyi qaydalar əsasında aparılır.


Vergi hesablamalarının düzgünlüyünə əminlik sizi maliyyə itkisindən qoruyur


Aksiz vergisi üzrə hüquqpozmalarda tətbiq edilən maliyyə sanksiyaları

Aksiz markaları tətbiq edilmədən, məcburi nişanlama olmadan aparılan əməliyyatlar zamanı tətbiq edilən maliyyə sanksiyaları VM-in 58.4 maddəsi ilə nizamlanır.

Aksiz markası ilə markalanmalı olan aksizli malların VM-nin tələblərinə uyğun olmayaraq kənara çıxarılması cərimələrə səbəb olur

 

Maliyyə sanksiyaları vergi hüquqpozmasına görə məsuliyyət tədbiridir və pul cəzası (cərimə) şəklində tətbiq edilir. Aksiz vergisi ödəyicisinə aşağıdakı maliyyə sanksiyaları tətbiq edilə bilər:

  • vergi bəyannamələrinin əsassız olaraq müəyyən edilmiş müddətdə təqdim edilməməsinə görə – 40 manat;
  • heç bir əsas olmadan VM-in 89.3-cü maddəsinin tələblərinə uyğun məlumatları müəyyən edilmiş müddətdə təqdim edilməməsinə görə – 100 manat;
  • VM-in 58.1 maddəsində qeyd edilən hallarda (vergi hesabatlarında göstərilməli olan məbləğlərin azaldılması, hesabatları təqdim etməməklə vergidən yayınma) – azaldılan yaxud yayındırılan vergi məbləğinin (kameral yoxlama zamanı əlavə hesablanmış məbləğlər istisnadır) 50 faizi miqdarında;
  • Vergi nəzarəti zamanı VM-in 194.1 maddəsinin tələblərinin pozulması zamanı həmin məcəllənin 58.9 maddəsinə uyğun – 5000 manat.

Aksiz markası ilə bağlı da bir sıra cəzalar nəzərdə tutulub. Bu cəzalar VM-in 191.2 və 194.2 maddələrinə uyğun tətbiq edilə bilər.

Qeyd etdiyimiz kimi, aksiz vergisi ödəyicilərinə maliyyə sanksiyaları və cərimələrdən başqa inzibati və cinayət məsuliyyəti tədbirləri də nəzərdə tutulub.


Print Friendly, PDF & Email