Aksizli mallar anlayışı

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Aksiz vergisinin əsas funksiyaları

Aksizli mallar aksiz vergisi tətbiq edilən, tərkibi qanunvericilik aktlarla müəyyən edilən mallar qrupudur.

Bu dolayı vergi növü:

  1. malların satış qiymətlərinə əlavə edilir;
  2. dövlət büdcəsinə toplanır, onun artımını təmin edir;
  3. bu və digər mallara olan tələbatı nizamlayır.

Satış qiymətinə edilən əlavələrin məbləği dövlət tərəfindən müəyyən edilir.

Yerinə yetirdikləri funksiyadan asılı olaraq akzisləri üç əsas qrupa bölmək olar:

  • birinci qrup ənənəvi aksizli mallar olan alkoqol, habelə tütün məmulatlarıdır. Həmin məmulatlara verginin tətbiqinin iki əsas məqsədi var: sağlamlığa ziyanlı olan istehlakın məhdudlaşdırılması, habelə fiksal funksiyası.
  • ikinci qrupa yanacaq, sürtkü materiallarına akzis vergilərini aid etmək olar. Bu zaman o, fiksal funksiyadan əlavə, həm də yollardan istifadəyə görə ödəniş, həmçinin mənfi xarici təsirləri nizamlamaq aləti kimi istifadə olunur.
  • üçüncü qrupa dəbdəbəli mallara əlavə edilən aksizlər daxildir. Bu halda o, ümumiyyətlə, məqsədli fiskal rola malik deyil. Daha çox, yenidən bölüşdürmə funksiyasını yerinə yetirmək üçün nəzərdə tutulub, çünki dəbdəbəli malların əsas istehlakçıları daha imkanlı insanlardır.

Aksiz vergisinin ödəyiciləri akzisli malların satışını və istehsalını həyata keçirən sahibkarlıq subyektləridir.

Aksizli mallar haqqında ümumi məlumat

Akzisli malların ümumi fərqləndirici xüsusiyyəti var –  onlar yüksək gəlirlilik, aşağı istehsal xərcləri olan sahələrə aiddirlər, bu da onlara vergi tətbiqini cəlbedici edir. Belə mallar yalnız Azərbaycan Respublikası ərazisində istehsal olunmur, həm də xaricdən gətirilir (vergi azadolmaları tətbiq edilən mallardan başqa).

Bütün aksizli malları iki qrupa ayırmaq olar:

  • məcburi markalanmalı və nişanlanmalı mallar;
  • məcburi markalanma və nişanlanma tətbiq edilməyənlər.

Birinci qrupa adətən pərakəndə satış üçün nəzərdə tutulmuş qablaşdırılmış tütün məhsulları, alkoqollu içkilər (müəyyən istisnalarla) aid edilir. Markalanmalı aksiz mallar 2023-cü ildə yenilənib. Belə malların siyahısı Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfinin uyğun qərarı ilə müəyyən edilir.

1-ci qrupa daxil olmayan bütün akzisli mallar ikinci qrupa aid edilir. məsələn:

  • minik avtomobilləri;
  • motosikletlər;
  • avtomobil benzini
  • dizel yanacağı, digərləri.

Azərbaycanda aksizli mallar hansılardır?

Aksizli mallar üzrə siyahı Azərbaycan Respublikasının Vergi Məcəlləsi, həmçinin Nazirlər Kabinetinin qanunvericilik aktları ilə müəyyən edilir. Azərbaycan Respublikasında ilk dəfə belə siyahı 2001-ci il yanvar ayının 1-də, Vergi Məcəlləsinin qəbulu ilə tətbiq edilib. Sonrakı illərdə siyahıda dəyişikliklər olmuş, hazırda akzisli mallara, VM-nin 190.1 maddəsinə əsasən, aşağıdakılar aiddir:

Aaksizli malların siyahısı VM-in 190.1 maddəsi ilə tənzimlənir

Beləliklə, aksizli malların siyahısı əsasən, həmin siyahıda daimi mövcud olan  müəyyən malların əsasında tərtib edilir. Belə mallara tütün, həmçinin alkoqollu içkilər, habelə neft məhsulları aiddir. Amma, bu o demək deyilk ki, siyahının tərkibi dəyişmir. Dəyişikliklər, bir qayda olaraq ölkədəki iqtisadi vəziyyətlə bağlı olur.

Aksizli mallarla əməliyyatlarda vergi tutulan məbləğ

Akzisli mallar üzrə dövlət büdcəsinə ödənməli məbləğ aşağıdakı qaydada hesablanır:

Aksiz vergisi məbləği = Vergitutma bazası * Vergi dərəcəsi

Vergitutma bazası isə VM-in 185-ci maddəsi ilə müəyyən edilən vergi tutulan əməliyyatın məbləği əsasında hesablanır.

Akzisli malların daxili istehsalında vergitutma bazası:

  • neft məhsulları üçün – istehsalçının aldığı (yaxud almalı olduğu) haqqa əsasən hesablanır. Bu məbləğ  topdansatış bazar qiymətinə bərabər yaxud ondan yuxarı olan ola bilər və onun müəyyən edilməsi zamanı akzis, yol vergisi və ƏDV çıxılır.
  • digər aksizli mallara görə – istehsal edilmiş malların miqdarıdır.

Idxalda aksizli mallara görə vergi tutulan əməliyyatın məbləği  AR Gömrük Məcəlləsi əsasında, akzis, yol vergisi və ƏDV çıxılmaqla müəyyən edilən gömrük dəyəridir. Həmin dəyər topdansatış bazar qiymətindən az olmamalıdır.

Nəzər almaq lazımdır aşağıdakı idxal mallarına görə hesablamalar fərqli aparılır:

  • avtobus, minik avtomobili, istirahət yaxud idman yaxtaları, həmçinin eyni təyinatlı digər üzən vasitələrin mühərrikinin həcmi.
  • platinin hər qramı;
  • qızıl, həmçinin qızıldan hazırlanan zərgərlik, habelə başqa məişət məmulatları üçün qızılın min çəki vahidindəki miqdarı;
  • emal edilmiş, çeşidlənmiş, çərçivələnmiş və bərkidilmiş almaz üçün  almazın karatı vergi tutulan əməliyyatın məbləği sayılır.

Azərbaycanda aksiz vergisi dərəcələrinin tətbiqinin iki növü var:

  • spesifik;
  • advalor.

Aksizli mallara tətbiq edilən aksiz dərəcələri haqqında buradan ətraflı məlumat ala bilərsiniz.


 

Print Friendly, PDF & Email