Aksiz vergisindən azadolmalar

posted in: Vergi | 0
birbank biznes

Aksiz üzrə vergi güzəştləri,Aksizdən azadolmanın ümumi prinsipləri

Vergitutmanın bir növü olan aksiz müəyyən kateqoriya mallara tətbiq olunur. Aksizli mallar adlanan belə məhsullara alkoqollu içkiləri, tütün məhsullarını, respublikaya gətirilən bir sıra avtomobilləri və sairləri aid etmək olar. Malın satış qiymətinə əlavə edilən aksiz dolayı vergi sayılır. Onun ödəyicisi istehlakçılardır.

Aksiz vergisindən azadolmanın hüquqi əsasları Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 12-ci fəsli ilə müəyyən edilir. Aksizin hesablanması, bəyan edilməsi, ödənilməsi, azadolmalar AR Nazirlər Kabinetin qərarları, eləcə də digər qanunvericilik aktları ilə nizamlanır.

AR Vergi məcəlləsində bir sıra aksizli mallar üçün vergi azadolmaları nəzərdə tutulub (VM, maddə 188). Azadolmalar əsasən:

  • ölkəmizə idxal olunan malları;
  • tranzit yükdaşımaları əhatə edir.

Aksizli mallar vergidən qismən yaxud bütünlükdə azad edilə bilər (VM, maddə 188.1.3 və 188.1.7). Qismən azad edilmə  AR Gömrük Məcəlləsinin 192 və 194-cü maddələri ilə nizamlanır.

Respublika ərazisinə idxal olunan bəzi mallara 01.01.2021-ci il tarixdən üç il müddətinə aksizdən azadolma tətbiq edilir.

Aksizdən azadolmalar

Aşağıdakı idxal malları aksizdən azaddır:

  • fiziki şəxslər tərəfindən ölkəyə öz fərdi istehlakı üçün gətirdiyi bəzi mallar. Onların tərkibi və miqdarı VM-də aşağıdakı kimi nizamlanır:
  • tərkibində alkoqol olan içkilər – 1,5 litr;
  • siqaret – iki yüz ədəd;
  • qızıl yaxud ondan hazırlanan məişət, məsələn, zərgərlik, məmulatları– 20 q,
  • almaz (VM, 188.1.1 maddəsinin tələblərinə uyğun) – 0.5 karat.
  • respublika ərazisinə avtomobillə daxil olan şəxslər – avtomobilin bakında texniki pasportda nəzərdə tutulan yanacaq.

Nümunə-1: Kürdəmir rayon sakini öz istehlak tələblərini ödəmək məqsədi ilə Gürcüstandan gələrkən özü ilə Gürcüstan istehsalı olan 3 litr vodka, Türkiyə İstehsalı olan 1.5 litr rakı, Rusiya istehsalı olan 200 ədəd, ABŞ istehsalı olan 500 ədəd siqaret idxal etmişdir. İdxal edilmiş həmin mallara aksiz necə tətbiq ediləcəkdir?

Aksiz vergisi 3 litr və 500 ədəd siqaretə tətbiq ediləcək.

Burada səbəb o deyil ki, Türkiyə və Rusiya malları vergidən azaddır. Sadəcə Türkiyə və Rusiya malları azadolma civarındadır. Gömrük orqanında isə say mənşədən asılı olmayaraq ümumi baxılır.


“Accounting.Az” konsaltinq şirkəti güzəşt və azadolmaları tətbiq etməklə optimal vergi ödənişi təklif edir


Nümunə-2: Azərbaycan Respublikası vətəndaşı Bakı sakini fərdi istehlakı üçün 40 qram platin, əyarı 999 olan 80 qram qızıl və 2.2 karatlıq almaz idxal etmişdir. Bu halda 40 qram platin, 60 qram qızıl və 1.7 karat almaz aksiz vergisinə cəlb olunacaqdır.

  • Tranzit formasında respublika gömrük sərhədlərindən keçən mallar;

Nümunə-3: İran İslam Respublikasından Rusiyaya içməli spirt yola salınmışdır. Həmin spirtin yükləndiyi avtomobil Azərbaycandan keçməklə Rusiya federasiyasına gedir. Bu halda avtomobil Azərbaycan sərhədlərindən keçərkən ondan aksiz vergisi tutulmur.

  • Aksizli mallar ölkəyə müvəqqəti idxal edildikdə, (Gömrük Məcəlləsinin 192, 194 – cü maddələri nəzərə alınmaqla);

Nümunə-4: A şirkəti təkrar ixrac məqsədi ilə Rusiyaya satmaq üçün Gürcüstandan spirt almışdır. Mal Azərbaycan sərhəddini keçərkən A şirkətinin ödəməli olduğu aksizin məbləği həcmində bank zəmanətini gömrük orqanına təqdim etmişdir. Bu halda A şirkətindən həmin mala görə aksiz vergisi tutulmur.

Əgər ölkəyə idxal olunan aşağıdakı mallar AR Mərkəzi Bankının aktivlərinin nizamlanması məqsədi ilə nəzərdə tutulubsa aksizdən azaddır:

  • almaz (emal edilmiş, olunmuş, çeşidlənmiş, çərçivəyə alınmış, bərkidilmiş);
  • platin;
  • qızıl.

AR Dövlət Neft Fondunun aktivlərinin nizamlanması məqsədi ilə idxal edilmiş qızıl aksiz vergisindən azaddır.

Vergi Məcəlləsi maddə 188.1.1, platin qızıl, emal olunmuş almaz üçün aksizdən azadolunma halları

Vergi Məcəlləsinin 188.1-ci maddəsi akszidən azad edilmə və gömrük rüsumları qarşılıqlı əlaqəni müəyyən edilir. Həmin maddəyə əsasən azadolmaların tətbiq edilməsi üçün gömrük rüsumundan azad edilmə şərtləri yerinə yetirilməsi zəruridir. Əgər idxala rüsumun geri qaytarılması rejimi tətbiq edilirsə, yaxud azadolma şərtləri pozulduğu üçün gömrük rüsumu tutulursa, uyğun rejim aksiz tutulmasında da istifadə edilir.


Print Friendly, PDF & Email