Aksiz vergisinin hesablanması, bəyan edilməsi və ödənilməsi necədir?

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Aksiz vergisinin məbləği necə hesablanır?

Aksiz vergisi hər bir aksizli mala Vergi Məcəlləsi ilə təyin olunan dərəcələr tətbiq edilərək hesablanır. Akzisli mallar və vergi dərəcələri haqqında buradan ətraflı məlumat ala bilərsiniz. Hesablama qaydasını qısaca olaraq aşağıdakı kimi ifadə edə bilərik:

  • Spesifik aksiz dərəcəli mallar üzrə:

Aksizin məbləği = natural ifadədə vergi bazası (satılan məhsulların həcmi) vurulur akzis dərəcəsinə (malların ölçü vahidi üçün, manat və qəpiklə).

  • Advalor dərəcəli mallar üzrə:

Akzisin məbləği = (vergi bazası (satılan malların dəyəri, aksizli malların hər bir növünə görə müəyyən edilir) vurulur aksiz dərəcəsinə )) / 100%

Aksiz vergisinin bəyan edilməsi və ödənməsi

Aksizin ümumi məbləği aksizli malların hər bir növü üzrə hesablanmış akzisin cəmi kimi tapılır, hesabat dövrünün nəticələrinə əsasən dövlət büdcəsinə ödənilir. Aksizlər üçün hesabat dövrü VM-in 191.1.-ci maddəsinə görə  təqvim ayı hesab olunur. Həmin maddə aksiz vergisi üzrə ödənilmə müddətini də təyin edir:

Aksizli mallar istehsalı zamanı aksiz vergisi hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq ödənilir


Bayannamə hazırlamaq istəyirsiniz? Praktiki “Bəyannamə və hesabatların hazırlanması kursu” sizin üçündür. Təlimdə iştirak edin, vergi hesabatlarını özünüz tərtib edin


Aksizli əmtəənin idxalı zamanı gömrük orqanları aksiz vergisini eynilə gömrük rüsumları qaydasında tutur və dövlət büdcəsinə ödənilir.

Vergi ödəyicisinin aksiz ödənişinə görə borcu olduğu təqdirdə, həmin borc öhdəliyi yaranan andan ödəniş edilən anadək aparılan vergi tutulan əməliyyat üzrə aksizlər yuxarı abzaslarda dediklərimizə baxmayaraq, həmin əməliyyatların həyata keçirildiyi vaxt ödənilir, ödəyicinin həmin malları onlar üzrə aksiz ödəyənə qədər istehsal binasının hüdudları kənarına çıxartmağa hüququ yoxdur.

VM-in 191.5. maddəsi əsasında bəzi məhsullara tətbiq olunan aksiz dərəcəsinin bir hissəsi icbari tibbi sığorta fonduna köçürülür.

“Tibbi sığorta haqqında qanuna görə spirtli içkilər, energetic içkilər tütündən hazırlanan siqaret, onun əvəzləyicilərinə görə aksiz vergisinin bir hissəsi icbari tibbi sığorta fonduna köçür

Vergi ödəyicisi aksizli mallar istehsal etdiyi təqdirdə, hesabat dövründə yaranmış vergiyə cəlb edilən əməliyyatlarını, verginin ödənilməsi üçün müəyyən edilmiş müddətdə bəyannamədə əks etdirməli və  vergi orqanına təqdim etməlidir.

Hüquqi şəxsin ləğvi zamanı növbəti ayın 20-dən gec olmamaqla 3- gün ərində vergi orqanına təqdim edilir.

Nümunələr:

Nümunə 1: Müəssisə aksizli malların istehsalı, həmçinin idxalı ilə məşğuldur. Bu halda o, 2021-ci il oktyabr ayı üçün aksiz vergisi tutulan əməliyyatlarını əks etdirən hesabatı 20 noyabr tarixindən gec olmayaraq uçotda olduğu vergi orqanına təqdim etməli, bu müddət ərzində vergini büdcəyə ödəməlidir.

Nümunə 2: Aksizli mallar istehsal edən vergi ödəyicisinin 2021-ci ilin avqust ayına 7200 manat aksiz vergisi borcu vardır. 2021-ci ilin sentyabr ayında isə 3100 litr şərab şampanı istehsal etmişdir. Qəbul edilmiş sifarişlərə uyğun olaraq  barəsində danışılan malları istehsal binası hüdudları kənarına çıxardıb alıcılara təqdim etmək lazımdır.

Mövcud vəziyyətdə vergi ödəyicisi ya 2021-ci ilin avqust ayına aksiz vergisi üzrə qalmış 7200 manat borcunu dövlətə ödəməli ya da heç olmasa sentyabr ayında istehsal edib, istehsal binasının hüdudlarından kənara çıxartmaq istədiyi 3100 litr şərab şampanına görə 5760 manat (3100*2.6=8060) akzis vergisini ödəməlidir ki, həmin mallarını istehsal binasının hüdudları kənarına çıxarda bilsin.

Nümunə 3: Müəssisə hesabat dövründə 4500 litr pivə (tərkibində alkoqol olmayan pivə istisna olunmaqla), eyni zamanda pivəyə oxşar tərkibdə olan digər içkilər istehsal edərək istehsal binasından kənara çıxarmışdır. Aksizin ümumi məbləği 4500*0.4=1800 manat,  icbari tibbi sığorta məbləği 4500*0.05=225 manat təşkil edir. Beləliklə, 225 man. icbari tibbi sığorta fonduna, 1575 man. (1800-225=1575) aksiz ödənməlidir.

Nümunə 4: Təsəvvür edin “Son günlər” MMC adlı müəssisənin təsisçiləri 23.02.2021-ci il tarixində ləğv olunma haqqında qərar qəbul edib, müraciət vergi orqanları tərəfindən qeydə alınıb. “Son günlər” MMC son ləğv olunma aksiz bəyannaməsini təqdim etməlidir. 30 gün müddəti nəzərə alsaq,  “Son günlər” MMC hesabatı ən geci 25.03.2021-ci il tarixində təqdim edə bilər. Amma burada son tarix 20.03.2021-ci il tarixidir. Çünki 30 gün müddətin verilməsinə baxmayaraq, hesabat növbəti ayın 20-sindən gec təqdim edilə bilməz.


Print Friendly, PDF & Email