Aktiv ƏDV ödəyicilərinin sayı məlum olub

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Aktiv ƏDV ödəyicilərinin sayı məlum olub

ƏDV Vergitutma obyekti Aktiv ƏDVBu ilin iyun ayının 1-nə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 13,1% artaraq 452 242 təşkil edib.
Vergilər Nazirliyindən verilən məlumata görə, hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 40% artaraq 21 394-ə çatıb.
Cari ilin 1 iyun tarixinə aktiv hüquqi şəxslərin sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 18,1% artaraq 71 930-a, aktiv fiziki şəxslərin sayı isə 12,2% artaraq 380 312-yə çatıb. Bu dövrdə hüquqi şəxs olan aktiv ƏDV ödəyicilərinin sayı 33,9% artaraq 17 610-a, fiziki şəxs olan aktiv ƏDV ödəyicilərinin sayı 78,2% artaraq 3784-ə çatıb. 2019-cu ilin 1 iyun tarixinə aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 14,2% artaraq 145 377-ə çatıb.
Mənbə: apa.az

EDV,


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Print Friendly, PDF & Email