Aktiv vergi ödəyicilərinin sayı 11,5 faiz artıb

posted in: Vergi, Xəbər | 0
birbank biznes

uçot məlumatları2019-cu il yanvarın 1-nə olan məlumatlarla müqayisədə aprelin 1-i vəziyyətinə ölkədə aktiv vergi ödəyicilərinin sayında 11,5 faiz artım qeydə alınıb.

Vergilər Nazirliyinin İqtisadi təhlil departamentinin baş direktoru Natiq Şirinov iqtisadçı ekspertlərlə keçirilən “dəyirmi masa”da bildirib ki, bu ilin birinci rübündə ƏDV ödəyicilərinin sayında artım təxminən 36,7 faiz təşkil edib. Qeydiyyatda olan obyektlərin sayında da 12 faizə yaxın artım müşahidə edilib.

Xatırladaq ki, bu ilin ilk 4 ayında qeydiyyata alınanlarla birgə vergi ödəyicilərinin sayı 1 milyon 2 min 865-ə çatıb. Bu dövr ərzində qeydiyyatdan keçən vergi ödəyicilərinin sayı isə 36 min 558 olub.
Mənbə: vergiler.az

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email