Alfred Nobel necə varlandı? (1-ci hissə)

posted in: Məqalə, Xəbər | 0
birbank biznes

Alfred Nobel necə varlandı?

1-ci hissə

Məşhur Nobel Mükafatı, mübahisəsiz, dünyada ən prestijli mükafat hesab olunur. Onunla, hər il mədəniyyət, akademik və elmi uğurlara görə müxtəlif adamlar təltif olunurlar. Bu mükafatı alanlar sırasında Vilhelm Rentgen – rentgen şüalarını kəşf edən, İsrail prezidenti Şimon Peres, rus alimi İvan Petroviç Pavlov, fizik-nəzəriyyəçi Albert Eynşteyn və digərləri var.

Bədbəxt hadisə

Məlum olduğu kimi, Nobel Mükafatını Alfred Nobel təsis edib, lakin buna səbəb olan tarixçəni çox az adam bilir.

Alfred Nobel 1833-cü ildə Stokholmda (İsveç) mühəndis ailəsində anadan olub. Onun atası Emanuel Nobel tunellər və körpü tikintisi üzrə ixtisaslaşmışdı. Alfred Nobel yetkinlik yaşına çatdıqdan sonra öz qardaşları ilə birlikdə atasının ailə biznesində işləməyə başlayır. Dağ yerlərində yolların çəkilməsi üçün o dövrdə partlayıcı qurğu kimi nitroqliserindən və barıtdan istifadə edirdilər. Lakin, problem onda idi ki, nitroqlesirini uzaq yerlərə daşımaq fövqəladə dərəcədə təhlükəli idi, çünki bu maddə o qədər həssas idi ki, xırda bir titrəyişə də reaksiya verirdi. Belə ki, 1864-cü ildə fəhlələr atasının fabrikində nitroqliserini yükləyərkən, partlayış baş vermişdi, nəticədə altı nəfər, o cümlədən Alfredin doğma qardaşı – Emil Nobel də həlak olmuşdu.

Yeni icad

Bədbəxt hadisədən sonra gənc Nobel daha təhlükəsiz, güclü, özü də bu zaman daşınması asan başa gələn partlayıcı qurğu düzəltmək üzərində  düşünməyə başlayır. Kimya sahəsində müəyyən biliklərə malik olduğundan o, eksperimentlərə başlayır. Bir dəfə eksperiment zamanı nitroqliserin təsadüfən dağ süxuru diatomitin üzərinə axdı. Nəticəcədə yüklənməsi və daşınması təhlükəsiz olan qatışıq əldə olundu. Bundan əlavə, gücünə görə də bu qatışıq nitroqliserindən geri qalmırdı.  Zamanla Alfred Nobel daha bir neçə maddədən istifadə etməklə yeni partlayıcı qurğu yaratdı və ona patent aldı. İlkin olaraq o partlayıcı maddəyə Nobelin təhlükəsiz barıtı adını verdi. Bir qədər keçdikdən sonra isə öz ixtirasını yunan adı olan Dinamit adlandırdı. Dinamit güc, qüvvə mənasını verir. Bu maddə ani olaraq populyarlıq qazandı, belə ki, ondan asanlıqla müxtəlif məqsədlərlə istifadə etmək olurdu. Nobel öz ixtirasını aktiv şəkildə reklam edirdi. O, yeni partlayıcı maddənin  ictimai nümayişini keçirir, eləcə də onun necə işləməsi ilə bağlı mühazirələr oxuyurdu.

Qorxunc silah

Bu ixtira qısa zaman içində Alfredə şöhrət və böyük pullar gətirdi. Başlanğıcda dinamitdən şaxtaların partladılması, yolların çəkilməsi və köhnə binaların dağıdılmasında istifadə olunurdu. Lakin, bir qədər sonra onun gücünü və potensialını görərək, dinamitdən aktiv şəkildə hərbi məqsədlər üçün istifadə olunmağa başlanıldı. Pasifist ideyalar daşıyıcısı olmasına baxmayaraq, Alfred böyük pullara olan nəfsinə üstün gələ bilmədi, o, dinamit və digər partlayıcı maddələr növü sitehsal edən doxsana yaxın zavod və fabrik açdı.

Səfeh şöhrət

1888-ci ildə Kannda müalicə zamanı Alfredin böyük qardaşı Lüdviq Nobel vəfat etdı. Həmin vaxt fransız qəzetlərindən birinin reportyoru dərc etdiyi nekroloqda səhvən Alfred Nobelin adını yazmışdı. Qoyulan başlıq isə belə idi: “Əcəl taciri öldü!” Məqalənin özündə isə müəllif Alfredi dinamiti kəşf etdiyinə və çoxlu ölümlərə səbəb olduğuna görə kəskin tənqid atəşinə tutmuşdu. Müəllif qəzəbli şəkildə qeyd edirdi ki, Alfred Nobel qısa zaman içində maksimal şəkildə çoxlu insanı məhv etmək yolu ilə zəngin sərvət əldə edib. İxtiraçını “qan üzərində milyoner”, “ölüm taciri” və “dinamit kralı” adlandırırdılar.

Oxuduğu məqalə Alfred Nobelə sarsıdıcı təsir göstərdi. Onun əhvalı o dərəcədə korlanmışdı ki, ölümündən sonra özü ilə bağlı tamamilə yeni bir şöhrət qoyub getmək istəyirdi! Alfred səmimi şəkildə istəyirdi ki, onu yalnız güclü silahın ixtiraçısı, bir insan kimi isə öz həyatını Yer üzündə sülhə nail olmağa can atan biri kimi xatırlasınlar!


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email