Alıcı və sifarişçilərlə hesablaşmalar

posted in: Xəbər | 0
birbank biznes

Müəssisələrdə alıcılar və sifarişçilərlə hesablaşmalar haqqında məlumatların ümumiləşdirilməsi üçün 62 N-li “Alıcılar və sifarişçilərlə hesablaşmalar” hesabından istifadə edilir. Hesab üzrə aşağıdakı subhesablar açıla bilər:

62-1 “İnkasso qaydasında hesablaşmalar”;

62-2 “Planlı ödəmələr üzrə hesablaşmalar”;

62-3 “Alınmış veksellər” və sair.

62-1 “İnkasso qaydasında hesablaşmalar” subhesabında yüklənmiş məhsullar (mallar), yerinə yetirilmiş iş və göstərilmiş xidmətlərə görə alıcılara və sifarişçilərə təqdim edilmiş və bank tərəfindən ödənilmək üçün qəbul olunmuş hesablaşma sənədləri üzrə hesablaşmaların uçotu aparılır.

62-2 “Planlı ödəmələr üzrə hesablaşmalar” subhesabında müəssisənin uzunmüddətli təsərrüfat əlaqələri saxladığı alıcılar və sifarişçilərlə apardığı daimi xarakterli hesablaşmalar üzrə ödənişi ayrıca bir hesablaşma ödəmə sənədi ilə tamamlayan və əsasən planlı ödəniş qaydasında aparılan hesablaşmalar uçota alınır.

62-3 “Alınmış veksellər” subhesabında alıcılar və sifarişçilərlə hesablaşmalar üzrə alınmış veksellərlə təmin edilmiş borclar uçota alınır.

62 N-li hesab üzrə analitik uçot alıcılara (sifarişçilərə) təqdim edilən hər bir hesab-faktura üzrə, planlı ödənişlər qaydasında hesablaşmalar zamanı isə hər bir alıcı, sifarişçi üzrə aparılır.

Print Friendly, PDF & Email