Allen Carr – Dünyanı dəyişən mühasib

birbank biznes

Allen Carr – Dünyanı dəyişən mühasib

Dünyada vaxtilə mühasib işləmiş, lakin sonra ömrünü bundan daha faydalı işlərə sərf etmiş insanlara az-az rast gəlmək olur. Onlardan biri də ingilis Allen Carr-dır.

Allen Carr 1934-cü il sentyabrın 2-də Londonda anadan olub. 18 yaşının tamamında bütün gənclər kimi o da ordu sıralarında xidmətə çağırılır. Elə ordu sıralarında xidmət zamanı siqaret çəkmək kimi bir zərərli vərdişə düçar olur. Ordudan tərxis olunduqdan sonra Allen Carr mühasiblik peşəsi üzrə təhsil alır. Elə bu peşə üzrə də əmək fəaliyyətinə başlayır. Londonda adi həyat sürməyə başlayır.

Hər şey ondan ötrü 1983-cü ilin iyulun 15-dən kəskin şəkildə dəyişir. Otuz illik siqaret çəkmə stajından və onu tərgitməklə bağlı bir neçə uğursuz cəhddən sonra o, nəhayət sözügedən ilin 15 iyul tarixində siqareti atır. Onun həyatını da elə kəskin şəkildə dəyişdirən, məhz bu amil olur. O, siqaretdən necə can qurtarmağın yolları ilə bağlı öz təcrübəsini həmin zərərli vərdişi davam etdirməkdə olan insanlarla bölüşmək qərarı verir. Siqaretlə mübarizə aparmağın carçısına çevrilən Allen öz metodikasından yararlanmaqla “Siqareti atmağın ən yüngül üsulu” adlı məşhur kitabını yazır. Bununla kifayətlənməyən bu yorulmaz şəxs “Yüngül üsul” adlı (“Easy Way”) beynəlxalq klinikalar şəbəkəsi yaradır. Həmin andan başlayaraq yəni, metodun siqaret çəkənlər arasında populyarlaşdırılması üzərində çalışmalara başlayır. Həmin metodun effektivliyi özünü çox gözlətməyib.

Allen Carr-ın metodundan istifadə etməklə dünyanın müxtəlif yerlərində on minlərlə insan həmin zərərli vərdişdən can qurtara bilib. Maraqlıdır ki, keçmiş mühasib, təkcə siqaretə qarşı mübarizə aparmayıb. O, həm də öz metodunun alkoqol asılılığından xilas olmağa da kömək etdiyinə əmin olduğundan, adamların spirtli içki asılılığından xilas olması sahəsində də böyük nailiyyətlər əldə edə bilir. Bunun ardınca isə o, artıq çəkidən əziyyət çəkən insanlara kömək etməyə başlayır. Carr-ın metodu daha çox psixoloji amillərə söykəndiyindən istənilən zərərli vərdişləri önləməkdə həqiqətən də insanlara çox kömək edir.

2006-cı ilin iyun ayında həkimlər Carr-ın ağ ciyər xərçəngi xəstəliyinə tutulduğunu aşkar edirlər. Ona 9 ay ömrü qaldığını bildirirlər. Lakin Carr heç 9 ay da yaşaya bilmir. O, 2006-cı il noyabrın 29-da İspaniyanın Malaqa şəhərində vəfat edir.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email