Almaniyanın vergi sistemi, formalaşması və inkişafı (VI hissə)

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Almaniya vergi sistemi, formalaşması və inkişafı (VI hissə)

V hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

Almaniya vergi sistemi, Almaniya Federativ Respublikası bir dövlət kimi siyasi və iqtisadi quruluşun müxtəlif mərhələlərini keçmiş, dəfələrlə dünya müharibələrinin yaratdığı dağıntılardan qalxmış, iqtisadi cəhətdən güclü, sosial yönümlü dövlətə çevrilmişdir.

Məqsəd vasitələri doğruldur?

Hesab olunur ki, zəngin almanlar xaricdəki hesablarda 300 milyard avro vəsaitlər saxlayırlar. Bunlar isə ümumiyyətlə, vergilərin ödənilmədiyi “yan” gəlirlər də ola bilər və ya ola bilsin ki, vicdanla qazanılıb. Amma müəyyən faiz qismində dövlətlə bölüşdürülməlidir.

Güman edək ki, bu pulların yarısı İsveçrədə saxlanılır. Təsəvvür edək ki, İsveçrə, Vaşinqtonun təzyiqi ilə amerikalılara münasibətdə olduğu kimi, bank sirrini də açacaq və alman investorları barədə məlumat verəcəkdir. Güman edək ki, bu bir neçə min insan xəzinəyə lazım olan məbləği ödəyəcək. Yəqin ki, layiqli bir məbləğ – bir neçə yüz milyon avro olacaq. Lakin bu alman vergi ödəyicilərinin Almaniyada ödəməkdən yayındıqları məbləğin yanında kiçik bir rəqəm təşkil edər.

Sistemin paradoksları

Məsələn, Almaniya Federativ Respublikası sakinlərinin yarıdan çoxu, mənzilləri kirayələyirlər və əmlak sahibinə kirayə haqqı ödəyirlər. Mənzil sahibləri isə həmin gəlirlərindən vergi ödəməlidirlər. Lakin onlar bu vergini ödəmirlər, bunu evin saxlanılması xərclərinin həmin gəlirlərdən daha çox olması ilə əsaslandırırlar.

Alman vergi qanunvericiliyi dünyada ən qarma-qarışıq olanıdır. Həmin qanunvericilikdə o qədər qaydalar, istisnalar, istisnaların özündən də istisnalar və güzəştlər vardır ki, vergi məsləhətçisi olmadan ondan baş çıxarmaq mümkün deyil.

Sadə alman milyonçusu

Bəzi alman “biliciləri” qanunla münaqişəyə girmədən, o qədər arifmetik şəkildə yoxsullaşır ki, bəzən maliyyə müfəttişi onlardan heç bir məbləğ tuta bilmirlər və ya güman ediləndən çox aşağı bir məbləğ ala bilirlər.

Almaniyada maksimum vergi dərəcəsi 42 faizdir. Lakin, bu faizi tək-tük adamlar ödəyirlər. Alman iqtisadi tədiqatlar institutunun hesabladığına görə hətta Almaniyanın 450 ən zəngin adamı belə xəzinəyə orta hesabla öz gəlirlərinin yalnız 34 faizini ödəyirlər. Maliyyə müfəttişinin sadə bir alman milyonerinin ağır vergi bəyannaməsini yoxlamaq üçün cəmi üç saat yarım vaxtı var.

Almaniyanın dövlət xəzinəsinə qanuni və qanunsuz vergidən yayınma nəticəsində dəyən ziyani, mütəxəssislər hər il 200 milyard qiymətləndirilir. 200 milyard illik büdcənin üçdə ikisini və cari il üçün planlaşdırılan yeni borcun iki qatından daha çoxunu təşkil edir.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email