Almaniya vergi tarixi barədə bilmədiklərimiz (2-ci hissə)

posted in: Məqalə, Vergi, Xəbər | 0
birbank biznes

Almaniya vergi Almaniya vergi tarixi barədə bilmədiklərimiz (2-ci hissə)

Almaniyada vergilər üzrə müfəttişlik – maliyyə nazirliyinin tərkibinə daxildir. Hər bir federal torpağın öz vergi müfəttişliyi var ki, onun da vəzifə ştatı elə də böyük deyil: orta hesabla bir müfəttişə beş yüz vergi ödəyicisi düşür. Misal üçün, Berlində çalışan vergi müfəttişlərinin sayı 10 min nəfəri ötmür.

Almaniyada şirkətlər xüsusi vergilərə cəlb olunurlar. Maraqlıdır ki, şirkətlərin bir neçə sahibi olduqda illik gəlirlərin 30 faizi həcmində vergi ödənilir. Müəssisələrin bir sahibi olduqda isə o, mənfəətinin 45 faizi həcmində vergi ödəməli olur.

Dördayaqlı dostlarına olan sevgi almanlara milyonlarla avroya başa gəlir. Almaniya vergi sistemi hər bir ilk itə görə illik olaraq 100-150 avro, növbəti itlər hər biri üçün isə 200-300 avro vergi ödənilməsini nəzərdə tutur. “Döyüşkən” cinsdən olan itlərə görə isə ildə 615 avro pul ödəməli olursan.

Həmçinin bax: Dünya ölkələrində əmlak vergisi

Vergi müfəttişləri ilə ən az rastlaşanlar kiçik biznes sahəsindən olan sahibkarlardır. Almaniyada bütün vergi yoxlamalarının yalnız 2 faizi kiçik müəssisələrdə həyata keçirilir. İl ərzində vergi yoxlamaların 7 faizi orta müəssisələrdə, 19 faizi isə iri şirkətlərdə həyata keçirilir.

Almaniyada vergiləri şərti olaraq üç şöbəyə ayırmaq olar: gəlir vergisi, mülkiyyət vergisi, istehlak malları və sövdələşmələrdən olan vergi. Və praktiki olaraq hər alman bu növdən olan vergiləri ödəyirlər: əməkhaqqından – gəlir vergisi, öz evində yaşayaraq – daşınmaz əmlaka görə vergi, alışı həyata keçirərkən ƏDV vergisi və s.

Alman şəhərləri icmaları sakinlər tərəfindən ödənilən bütün vergi məbləğlərinin 13 faizini tuturlar. Özü də qeyd etmək lazımdır ki, vergi ödənişlərinin böyük hissəsi – 48 faizi federal mərkəzə ödənilir.

Alman vergi sisteminin prinsipləri onun minimum templərinə və cəmiyyətdə gəlirlərin ədalətli bölüşdürülməsinə əsaslanır. Gəlir nə qədər çoxdursa, tarif bir o qədər yüksək olur, evli cütlüklər və çoxuşaqlı ailələr bir qayda olaraq, uşaqsız ailələrdən və tənha adamlardan az vergi ödəyirlər.

Həmçinin bax: Dünya ölkələrində vergi sistemi

Almaniyada vergi sistemində islahatların həyata keçirilməsinə XX əsrin 90-cı illərində başlanıb və vergi yükünün azaldılmasına istiqamətlənib. Təkcə 2009-cu ildə islahatlar nəticəsində almanlar vergilərdə 35 milyard avro qənaət edə bilmişdilər.

Almaniyada vergi faizlərinin aşağı salınması 2010-cu ilin əvvəlində də davam etdi. Yetkinlik yaşına çatmayan uşaqları olan ailələr, sahibkarlar və vərəsələr üçün vergi yükü bir qədər də yüngülləşdi. Güman edilir ki, 2010-cu ildə bu qrupdan olan insanlar əvvəlki dövrlərlə müqayisədə 8,5 milyard avro az vergi ödəyiblər.

Məqalənin 1-ci hissəsini bu linkə daxil olaraq oxuya bilərsiniz

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email