Azərbaycanda Amerika Ticarət Palatasının üzvləri ilə görüş keçirilib

posted in: Xəbər | 0
birbank biznes

Ticarətİyunun 28-də Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) və Vergilər Nazirliyinin birgə təşkilatçılığı ilə “Vergi sahəsində qarşılıqlı etimad” mövzusunda dəyirmi masa keçirilib.

Görüşdə vergilər naziri Mikayıl Cabbarov, Vergilər Nazirliyinin digər vəzifəli şəxsləri, AmCham-ın rəhbərliyi və təşkilata üzv şirkətlər iştirak edib. Görüşdə vergi qanunvericiliyi, biznes mühitinin yaxşılaşdırılması və şəffaflıq məsələləri müzakirə edilib, qarşılıqlı maraq doğuran məsələlərlə bağlı iş adamlarını maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparılıb.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Tədbirdə Vergilər Nazirliyinin nümayəndələri biznesə yeni yanaşmalar, vergi ödəyiciləri ilə münasibətlərdə şəffaflığın və hesabatlılığın təmin edilməsi, vergi qanunvericiliyində gözlənilən dəyişikliklərin istiqamətləri ilə bağlı fikirlərini bölüşüb, tədbir iştirakçılarının suallarını cavablandırıblar.

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Print Friendly, PDF & Email