Amortizasiya ayırmalarının gəlirdən çıxılması

posted in: Xəbər | 0
birbank biznes

ƏDV-nin hesablanması Mühasib köməkçisi vakansiyaSual: Kiçik sahibkarlıq subyekti olan müəssisə tərəfindən ilin sonuna qalıq dəyəri 50.000 manat olan tikiliyə görə amortizasiya ayırmaları gəlirdən hansı hədd daxilində çıxılır?

Cavab: Kiçik sahibkarlıq subyektləri sahibkarlıq fəaliyyətində istifadə etdikləri əsas vəsaitlərə münasibətdə amortizasiya ayırmalarını Vergi Məcəlləsinin 114.3-cü maddəsi ilə müəyyən olunmuş amortizasiya normalarına 1,5 əmsal tətbiq etməklə gəlirdən çıxmaq hüququna malikdirlər.

Buna əsasən, tikili üzrə illik amortizasiya normasına (7 faizə) 1,5 əmsalı tətbiq edilməklə və amortizasiya norması 10,5 faizə (7% x 1,5 = 10,5%) bərabər götürülməklə hesablanmış 5.250 manat (50.000 x 10,5%) məbləğ gəlirdən çıxıla bilər.

Əsas: Vergi Məcəlləsi, 114.3-2-ci maddə

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
amortizasiya
Print Friendly, PDF & Email

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir