Amortizasiya məbləğini bu il norma daxilində hesablayıb lakin, növbəti illərdə xərcə silə bilərik?

posted in: Xəbər | 0
birbank biznes

Sual:  Əmlak vergisi hesablananda, amortizasiya faizini maksimum götürməyən vergi ödəyicisi nə etməlidir?

Cavab: Sorğunuzdan amortizasiya normalarından aşağı norma tətbiq olunduqda hansı qaydada əmlak vergisinin hesablanması barədə soruşulduğu qənaətinə gələrək bildiririk ki, hər vergi ili üçün əsas vəsaitlərin kateqoriyaları üzrə amortizasiya ayırmaları hər kateqoriyaya aid olan əsas vəsaitlər üçün müəyyən olunmuş amortizasiya norması həmin kateqoriyaya aid əsas vəsaitlərin vergi ilinin sonuna qalıq dəyərinə tətbiq etməklə hesablanır.

Hər hansı kateqoriyaya aid olan əsas vəsaitlər üzrə vergi ili üçün müəyyən olunmuş amortizasiya normalarından aşağı norma tətbiq olunduqda, bunun nəticəsində yaranan fərq növbəti vergi illərində amortizasiyanın gəlirdən çıxılan məbləğinə əlavə oluna bilər.

Müvafiq olaraq, müraciətinizdə qeyd olunan halda isə norma daxilində amortizasiya ayırması hesablanmalı, hesablanmış məbləğdən müəyyənləşdirilən məbləğ gəlirdən çıxılmalı, yaranmış fərq növbəti illərdə gəlirdən çıxılması üçün həmin ilin “Mənfəət vergisinin bəyannaməsi”nin 248-ci “VM-nin 114.4-cü maddəsi ilə hesablanmış, lakin növbəti illərdə nəzərə alınacaq amortizasiya məbləği” sətrində əks etdirilməlidir.

Əmlak vergisi hesablanarkən da vergi ilinin sonuna müəyyən edilən qalıq dəyərindən cari il üçün maksimum dərəcə ilə hesablanmış amortizasiya məbləği çıxılmalıdır.

Bax: Vergi Məcəlləsinin 114.4-cü və 202-ci maddələri.

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email