Analıq məzuniyyətinə görə ödəniş MÖMV Bəyannaməsində göstərilməlidir?

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Sual: Analıq məzuniyyətinə görə ödənilən pul MÖMV bəyanaməsində işçinin gəliri kimi göstərilməlidirmi?

Cavab: Bildiririk ki, hamiləliyə və doğuma görə müavinət muzdlu işlə əlaqədar alınan gəlirin tərkib hissəsi kimi “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”nin 901-ci sətrində, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət müavinəti kimi isə 901.2.1-ci sətrində əks etidirilməlidir.

Bax: Vergi Məcəlləsinin 102.1.4-cü maddəsi və “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının 18 fevral 1997-ci il tarixli 250-IQ nömrəli Qanununun 6-cı maddəsi, vergilər nazirinin 13.01.2017-ci il tarixli Əmri ilə təsdiq edilmiş ““Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”nin Qaydaları”.

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email