fbpx

Vakansiya: Aparıcı mühasib – Azertexnolayn LLC

birbank biznes

Baş mühasib vakansiya, aparıcı mühasibVakansiya: Aparıcı mühasib.

İşəgötürən: Azertexnolayn LLC.

İş barədə məlumat

– Məhsulun maya dəyərinin hesablanması;

– Əsas vəsaitlərin uçotunun aparılması;

– İdxal-ixrac əməliyyatlarının aparılması, yük gömrük bəyannamələrinin işlənməsi;

– Ödəmə mənbəyindən vergi hesablanması və tutulmasını tələb edən əməliyyatların işlənməsi;

– Bank əməliyyatlarının aparılması;

– Şirkətlərlə üzləşmələrin aparılması, təhtəlhesabların yoxlanılması;

– Pul vəsaitlərinin, əmtəə-maddi qiymətlilərin hərəkəti ilə bağlı əməliyyatların mühasibat hesabında əks etdirilməsi;

– İnventarizasiyasının aparılmasında iştirak edilməsi;

– Mühasibat hesabının müxtəlif sahələri üzrə əməliyyatların (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlilərin, istehsala çəkilən xərclərin, -məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlər və s. hesabı) yerinə yetirilməsi.

Struktur: Polad Boru Zavodu / Maliyyə şöbəsi

İş rejimi: 09:00 – 18:00, şənbə günü 09:00-13:00

İş yeri: Sumqayıt şəhəri, Kimyaçılar küçəsi 1

Əlavə üstünlüklər: Nahar, telefon limiti və Bakı şəhərindən nəqliyyat servisi ilə təmin edilir.

Namizədə tələblər

İş təcrübəsi: İstehsalat sferasında minimum 3 il

Təhsili/ixtisası: Ali iqtisadi təhsil

Təlim və kurslar: Mühasibatlıq və maliyyə təlimlərinə qatılması əlavə üstünlükdür

Bacarıqlar: MS office (excell yüksək səviyyədə), Logo proqramını bilməsi əlavə üstünlükdür

Dil bilikləri: Rus və ingilis dilini bilməsi üstünlükdür

Fərdi keyfiyyətlər: Analitik düşünmə, analiz etmə qabiliyyəti, məlumat toplama və təhlil etmə, dəqiqlik, məsuliyyət, ünsiyyət qabiliyyəti, düzgün qərar vermə, etibarlılıq və şirkətə sədaqətlilik, komanda ilə işləmə, aktiv öyrənmə bacarığı (özünütəkmilləşdirmə)

Qeyd edilən tələblərə uyğun gələn namizədlərdən CV-lərini Aparıcı muhasib başlığı altında / ünvanına göndərmələri xahiş olunur.

Mənbə: finstaff.az


Print Friendly, PDF & Email

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!