«Apple» ödəmədiyi vergini qaytaracaq

posted in: Vergi, Xəbər | 0
birbank biznes

apple2003-2014-cü illər üzrə yığılıb qalmış 13 milyard avro məbləğində vergi borclarının qaytarılması ilə bağlı İrlandiya hökuməti ilə «Apple» şirkəti arasında konkret müddətlər müəyyənləşdirilmişdir. İrlandiyanın maliyyə naziri Paskal Donaxyunun sözlərinə görə, şirkətin ödəyəcəyi pul vəsaitləri 2018-ci ilin ikinci rübündən ayrı-ayrı tranşlar halında daxil olacaq. Rusiyanın «Kommersant» qəzetinin yazdığına əsasən, şirkətin İrlandiyaya olan borclarının hamısını sentyabr ayına qədər ödəyəcəyi  gözlənilir.

Qeyd edək ki, «Apple» şirkətinin Avropa İttifaqı ölkələrinə vergi borcu məsələsi ilk dəfə 2016-cı ilin avqustunda qaldırılmışdı: Avropa Komissiyası o vaxt müəyyən etmişdi ki, 2003-2014-cü illəri əhatə edən dövr ərzində İrlandiya hökuməti ödəniləcək vergi məbləğlərini aşağı salmaq üçün şirkətə şərait yaratmışdır. Oktyabr ayında isə Avropa Komissiyası İrlandiya hökumətini «Apple» şirkətindən vergi ala bilmədiyinə görə məhkəməyə vermişdi. Bundan sonra həm şirkət, həm də İrlandiya hökuməti Avropa Komissiyasının qərarına etirazlarını bildirsələr də, 2017-ci ilin sonunda vergilərin ödənilməsi ilə bağlı ilkin razılıq əldə edilmişdi.

Mənbə: vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email