Aprel ayı üzrə əmək haqqı nə qədər dəyişəcək?

posted in: Xəbər | 0
birbank biznes

Sosial Sığorta haqqı, Topdansatış fəaliyyəti, Ezamiyyə, maaş, müavinətin hesablanması, Buta Group, vakansiya, mühasib,əmək haqqı, emek haqqi, Sosial Sığorta əmlak vergisiAprel ayı üzrə əmək haqqı nə qədər dəyişəcək? (“Tibbi sığorta haqqında” Qanuna dəyişikliklər barədə)

Məlum olduğu kimi “Tibbi sığorta haqqında” Qanuna düzəlişlər 31.03.2020-ci il tarixli müvafiq qanunla təsdiqləndi. Bu dəyişikliklər bir qayda olaraq tibbi sığorta haqları üzrə əmək haqqından tutulmaların müddətini 01.04.2020-ci ildən 01.01.2021-ci ilə dəyişdi.

Bəs əmək haqqından hansı məbləğdə tutulmalar 2021-ci ilə qaldı?

Mövzu çərçivəsində qeyd edək ki, icbari tibbi sığorta haqqı dövlət və qeyri-dövlət sektoru, neft-qaz sahəsi və bu sahədən başqa digər sahələr olmaqla 2 cür ödənilir:

Dövlət sektoru üzrə əmək haqqının 8000 manatadək hissəsindən 2%, qeyri-dövlət sektoru üzrə isə 01.01.2022-ci ilədək 1%, 2022-dən isə 2%, 8000 manatdan yuxarı hissədə isə 0.5% icbari tibbi sığorta haqqı ödəniləcək.

Bununla da 500 AZN (gross) əmək haqqı alan işçi 2021-ci ilədək dövlət sektoru üzrə 10 AZN, qeyri-dövlət sektoru üzrə isə 5 AZN məbləğində əmək haqqından tutulmadan azad olundu.

Yekunda isə xatırladaq ki, hazırda əmək haqqından gəlir vergisi, məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sığorta haqqı və bəzi müəssisələrdə həmkarlar ittifaqına tutulmalar həyata keçirilir.

Müəllif: Praktiki Hüquqşünas / Şəhriyar Həbilov


Müəllifin digər yazıları:

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email