Baş mühasib tələb olunur

Baş mühasibVəzifə: Baş Mühasib

İşəgötürən: Aqro-Vest DC MMC


Əmək haqqı: 1000 – 1500 AZN
Bax: Vergi üzrə mühasib tələb olunur
İş barədə məlumat

– Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq müəssisənin mühasibat uçotunun aparılmasını təşkil etmək;
– Dövlət büdcəsinə ödənilşlərin düzgün hesablanması və vaxtında köçürülməsi
– Vergilər üzrə hesabatların tərtib/təqdim edilməsi
– Dövlət Sosial Müdafiə Fonduna hesabatların təqdim edilməsi və sosial ayırmaların hesablanmasını təmin etmək;
– Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
– Mühasibat sənədlərinin saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsini təşkil etmək;
– İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək
– Əməkhaqqı fondunun xərclənməsinə, ştat cədvəlinə ciddi riayət olunmasına nəzarət etmək

Namizədə tələblər

– Dil biliyi: Azərbaycan, Rus, Səviyyə: Əla
– Əmək məcəlləsi, vergi məcəlləsi;
– İdarəçilik qabiliyyətlərinə malik olmalı;
– Beynəlxalq mühasibatlıq bilgiləri;
– Mühasibatlıqla bağlı yerli qanunvericiliyi bilməli;
– Rəsmi hesabatların hazırlanması və təqdim olunması proseduralarını bilməli;
– Elektron hökümət portalı ilə işləyə bilmə qabiliyyəti;
– MS Office proqramlarını bilməli (mükəmməl Excel bilikləri);
– 1C 8.3.,8.2., BTP, B1, B3 proqramları ilə yüksək səviyyədə işləmə bacarığı;
– Ünsiyyət qurmaq və danışıqlar aparmaq bacarığı;
– Fərdi və kollektivdə işləmə qabiliyyəti;
– Gərgin mühit və qrafikdə səmərəli işləmə bacarığı

Mənbə: kadr.az
Bax: Azersun Holding Mühasib axtarır

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *