ARPA qrant müsabiqəsinin qalibi oldu

posted in: Xəbər | 0
birbank biznes

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçmiş və müvafiqsahə üzrə ixtisaslaşmış QHT-lər üçün qrant müsabiqələri elan etmişdir. Şura 2020-ci il ikinci qrant müsabiqələrinin 4-ünü dövlət qurumları ilə birgə həyata keçirmişdir. Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə birgə keçirilən qrant müsabiqəsinin qalibləri sırasında Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) da yer almışdır. ARPA qrant müsabiqəsində “Sahibkarlıq fəaliyyətindən irəli gələn kommersiya riskləri və onların idarə edilməsi” adlı layihə ilə iştirak etmişdir.

ARPA tərəfindən icra olunacaq layihənin əsas məqsədi Azərbaycanda xüsusi əhəmiyyət kəsb edən iqtisadi sferalarda sahibkarlıq fəaliyyəti ilə məşğul olan subyektlərin, xüsusilə KOS-ların dəstəklənməsi, onların fəaliyyətinin keyfiyyət və effektivliyinə nail olmaqdır. Həmçinin layihə çərçivəsində iştirakçıların sahibkarlıq fəaliyyətindən irəli gələn kommersiya risklərinin müəyyən edilməsi və idarə edilməsi ilə bağlı zəruri bilik və bacarıqlarının təkmilləşdirilməsi, müvafiq texnologiya və alətlərdən istifadə etməklə effektiv risk menecmentin tətbiqi ilə bağlı maarifləndirmə və daha rəqabətədavamlı və iqtisadi inkişafa töhfə verəcək KOS-ların inkişafı hədəflənir.

Layihənin icra müddəti 2020-ci ilin oktyabr-dekabr aylarını əhatə edir və icra müddəti ərzində ümumilikdə 80 kiçik və orta sahibkarlıq subyektinin fəaliyyətinin effektiv təşkilinə istiqamətlənən tədbirlərin həyata keçirilməsi hədəflənmişdir. Layihə iştirakçılarının bölgüsü Bakı şəhəri və Gəncə şəhərində fəaliyyət göstərən KOS subyektləri olmaqla, hər biri 20 nəfərdən ibarət 4 qrup şəklində təşkil olunacaqdır.

Layihənin sonunda isə ARPA tərəfindən 2 ən uğurlu sahibkara 1 ay ərzində risk menecment sahəsində konsaltinq xidməti göstəriləcəkdir.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email