“ASAN imza”nı necə əldə etməli?

posted in: Xəbər | 0
birbank biznes

ASAN imza«ASAN imza» (Mobil imza) e-xidmətlərə daxil olan və rəqəmsal imzalar edən zaman kimliyi təsdiqləmək üçün mobil identifikasiyadır və bütün mövcud e-xidmətlərdən istifadəni mümkün edir. «ASAN imza»,  əslində, elektron mühitdə fiziki İD-karta bərabər sənəd kimi sertifikatlara bağlı olan mobil telefon SIM-kartıdır. Onunla şəxsiyyəti təsdiq etmək və sənədlərə rəqəmsal imza atmaq mümkündür.

SIM-kartın əldə olunması

«ASAN imza»  xidmətini mümkün edən SIM-kartı almaq üçün şəxsiyyət vəsiqəsi ilə «ASAN xidmət» mərkəzlərində fəaliyyət göstərən «Azercell», «Bakcell» və «Nar» müştəri xidmətləri mərkəzlərinə müraciət etmək lazımdır. Abunə olandan sonra mobil telefona daxil etmək üçün buradan yeni «ASAN imza»  SIM kartı alınır. «ASAN imza»  PIN kodları kartın üzərində olur. Yadda saxlamaq lazımdır ki, şəxsiyyətin təsdiqlənməsi üçün PIN1, imza üçünsə PIN2 tələb olunur.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

SIM-kartda elektron imza sertifikatlarının aktivləşdirilməsi

SIM-kartdakı elektron imza sertifikatlarını aktivləşdirmək üçün Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzinə (ASXM) müraciət etmək lazımdır. Bu zaman şəxsiyyəti təsdiqləyən sənədin (FIN nömrəsini daxil edən) olması mütləqdir. Sonra  sertifikatın alınması üçün müvafiq ərizə doldurulmalı və imzalanmalıdır.

Ərizə və digər sənədlərin formaları ilə ASXM-in saytının «Sənədlər» bölməsindən məlumat almaq olar. ASXM qeydiyyat ərizəsini təsdiqləyib məlumatı sistemə daxil etdikdən sonra Mərkəzin  qeydiyyat operatoru «ASAN imza»nın  şərtlərini izah edərək müqavilə formasını çap edir. Həmin müqavilə forması imzalanmaqla «ASAN imza»  xidmətinin şərtləri qəbul edilir və müraciət olunan sertifikatların alındığı təsdiqlənir. Bununla sertifikatlar aktivləşdirilir və «ASAN imza»  xidmətləri istifadəyə hazır olur.

«ASAN imza» sertifikatlarının üç növü var:

· fiziki şəxslər (vətəndaşlar) üçün elektron imza sertifikatları;

· hüquqi və sahibkarlıq fəaliyyəti ilə məşğul olan

fiziki şəxslər üçün elektron imza sertifikatları;

· dövlət qulluqçuları üçün elektron imza sertifikatları.

Fiziki şəxslər (vətəndaşlar) üçün elektron imza sertifikatları şəxsi istifadə üçün nəzərdə tutulmuşdur. Bu sertifikatdan yalnız şəxsi identifikasiya üçün istifadə edilə bilər. Hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, həmçinin dövlət qulluqçuları üçün nəzərdə tutulan elektron imza sertifikatları isə kommersiya və ya dövlət təşkilatını təmsil etmək və onun adından çıxış etmək səlahiyyətləri verir.

Mənbə: vergiler.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email