ASAN İmza Sim Kartı üzrə Sertifikatın statusunun dəyişdirilməsi

posted in: Vergi, Xidmət, Xəbər | 0
birbank biznes

Asan İmza SimkartıXidmətin adı: ASAN İmza Sim Kartı üzrə Sertifikat statusunun dəyişdirilməsi.

Xidmətin göstərilməsi üçün tələb olunanlar: 

– “AR VN-nin Asan Sertifikat Xidmətləri Mərkəzinə (ASXM-ə) İmza sahibi tərəfindən Sertifikatın statusunun dəyişdirilməsi üçün Ərizə”

– notariat qaydasında təsdiq edilmiş etibarnamə (ərizə digər şəxs tərəfindən verildikdə)

– dövlət hakimiyyəti və özünüidarəetmə orqanının əməkdaşlarına verilmiş sertifikatların statusunun dəyişdirilməsi ilə bağlı müraciət edildikdə

– dövlət hakimiyyəti və özünüidarəetmə orqanının rəhbərinin qərarı

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər:

– “Elektron imza və elektron sənəd haqqında” 09.03.2004- cü il tarixli 602-IIQ nömrəli Qanun

– NK-nın “AR-da elektron imza və elektron sənədlə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” 28.01.2006-cı il tarixli 27 nömrəli Qərarı

– Vergilər nazirinin 29.02.2016- cı il tarixli 1617040100324000 nömrəli əmri ilə təsdiq edilmiş “Elektron imza üçün sertifikat xidmətlərinin göstərilməsi üzrə İstifadəçi təlimatı”



Xidmətin göstərildiyi yer:

Vergi ödəyicilərinə xidmət mərkəzləri (MGD-nin inzibati binasında yerləşən xidmət mərkəzi yalnız MGD-da uçotda olan vergi ödəyiciləri üçün), Naxçıvan MR VN-nin yerli vergi orqanlarının vergi ödəyicilərinə xidmət strukturları, “ASAN Xidmət” mərkəzləri, “Paşa Bank”, Bank of Baku”, “Rabitəbank”, BTB ASC-ləri

Müraciəti emal edən struktur vahidi:

Vergi orqanlarının vergi ödəyicilərinə xidmət strukturları, “ASAN Xidmət” mərkəzləri, “Paşa Bank”, Bank of Baku”, “Rabitəbank”, BTB ASC-ləri

İcra müddəti: Emal müddəti nəzərə alınmaqla müraciət zamanı

Xidmətin nəticəsində təqdim edilən sənədlər:

– Sertifikatın qüvvəsinin dayandırılması haqqında bildiriş (və ya Sertifikatın ləğv edilməsi haqqında bildiriş və ya Sertifikatların qüvvəsinin bərpa edilməsi haqqında bildiriş)

Elektronlaşdırma səviyyəsi: –

Mənbə: taxes.gov.az


Print Friendly, PDF & Email