“Azərbaycan Sənaye Korporasiyası” ASC Mühasib axtarır

posted in: Uncategorized | 0
birbank biznes

Mühasib üzrə vakansiyaMühasib  üzrə vakansiya

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 6 noyabr tarixli 1665 nömrəli Fərmanı ilə Səhmləri dövlətə məxsus olan “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti yaradılmış və 14 dekabr 2017-ci il ildən fəaliyyətə başlamışdır.Cəmiyyətin fəaliyyətinin məqsədlərindən biri tabeliyindəki müəssisələrin səmərəliliyini artırmaq, əlverişli kooperasiya əlaqələrini yaratmaq və istehsal potensialının dəyər zəncirinin həlqələri üzrə artırılması yolu ilə müvafiq sahədə malların (işlərin, xidmətlərin) istehsalını və satışını təşkil etməkdir.

“ASK” ASC mühasib vakansiyası elan edir.

Tələb olunan keyfiyyətlər:

• Yaş: 25-50
• Ali təhsil-Maliyyə, Mühasibat uçotu və audit, Biznesin idarəedilməsi
• İş təcrübəsi – ən azı 3 il
• Dil bilikləri- azərbaycan dili (əla), rus (əla), və ingilis (yaxşı)
• Qeyd olunan sahə üzrə daim elmi biliklərin artırılması həvəsi.

Həmçinin bax: 1000 manat maaşla Maliyyə işçisi, Mühasib tələb olunur
Əsas vəzifə öhdəlikləri:

• Debitor və kreditorların uçotunu aparmaq;
• Mal-materialın və hazır məhsulun uçotunu aparmaq;
• Əsas vəsaitlərin uçotunu aparmaq;
• Əmək haqqının uçotunu aparmaq;
• Bitməmiş istehsalın uçotunu aparmaq;
• Ödəniləcək vergiləri və sığorta ayırmalarını hesablamaq və ödənilməsini təmin etmək;
• Bütün əməliyyatlarının gündəlik uçotunu aparmaq.

Üstünlük verildiyi kompüter proqramları

• 1C proqramı
• MS Office proqramları (Word, Excel, PowerPoint)

İş şəraiti:

İş qrafiki: l-V  İstirahət günləri: şənbə və bazar.
İş yeri: Bakı və Azərbaycanın digər rayon və şəhərləri

Müraciət üçün: Telefon:  077 277-11-95

Həmçinin bax: 800 manat maaşla Mühasib tələb olunur

CV (resume) – lər  /ünvanına göndərilməlidir.
Email göndərərkən Mövzu (Subject) hissəsində müraciət olunan vakansiya mütləq qeyd olunmalıdır. Əks halda ərizəniz natamam kimi qiymətləndiriləcək və baxılmayacaq.
Zəhmət olmasa qeyd olunan tələblərə cavab verənlər müraciət etsinlər.

Sənədlərin son qəbul tarixi: 21.07.2018.

Mənbə: www.jobsearch.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Print Friendly, PDF & Email