Hörmətli Sahibkar! Sizi, Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) təşkil etdiyi növbəti onlayn seminarda iştirak etməyə dəvət edirik.
Belə ki, 05 iyun 2020-ci il tarixində saat 16:00-da Food CERT şirkətinin təsisçisi Elmar Cəmilovun moderatorluğu ilə Azərbaycan Sahibkarlar Konfederasiyasının Facebook platforması üzərindən “Beynəlxalq sertifikatın sahibkara verdiyi dəyər” mövzusunda canlı yayım baş tutacaqdır.
Canlı yayımda aşağıdakı məsələlər şərh olunacaqdır:
– Qida, kənd təsərrüfatı, sənaye, idarəetmə standartları haqqında ümumi məlumat
– Standartların tətbiqinin mərhələləri
– Beynəlxalq sertifikatın üstünlükləri
– Daxili səmərələr
– Xarici səmərələr
Canlı yayımda iştirak etmək üçün Azərbaycan Sahibkarlar Konfederasiyasının facebook səhifəsini izləməyinizi xahiş edirik: facebook.com/sahibkarlar