Bakıda Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatının illik toplantısı keçiriləcək

posted in: Xəbər | 0
birbank biznes

Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatı (INTOSAI) Uyğunluq Auditi üzrə Alt-komitəsinin 17-ci illik toplantısı 2020-ci ildə Bakıda keçiriləcək.

Hesablama Palatasının mətbuat xidmətindən bildirilib ki, qurumun auditoru Cəfər Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Lissabonda keçirilmiş INTOSAI-ın Uyğunluq Auditi üzrə Alt-komitəsinin 16-cı illik toplantısında iştirak edib. Toplantıya Hindistan, Azərbaycan, Braziliya, Gürcüstan, Macarıstan, Qətər, Rusiya, Slovakiya, Çin, Fransa, Norveç, Səudiyyə Ərəbistanı, Cənubi Afrika Respublikasının ali audit qurumlarının (AAQ), həmçinin INTOSAI-ın İnkişaf Təşəbbüsünün, Avropa Auditorlar Məhkəməsinin və AFROSAI–E-nin nümayəndələri qatılıb.

Portuqaliya Auditorlar Məhkəməsinin prezidenti Vitor Manuel da Silva Caldeira Alt-komitənin AAQ-ların fəaliyyətində rolunu vurğulayaraq toplantının işinə uğurlar arzulayıb. Nümayəndələrin öz fəal iştirakı ilə toplantıya töhfə verəcəyinə inandığını bildirib.

Azərbaycan, Braziliya, Çin, Norveç, Hindistan ali audit qurumlarının, Avropa Auditorlar Məhkəməsinin, INTOSAI-ın İnkişaf Təşəbbüsünün və videokonfrans vasitəsilə Meksika AAQ-ın təqdimatları dinlənilib. Fikir mübadiləsi aparılıb.

Hesablama Palatasının auditoru C.Həsənov qurumun fəaliyyətini tənzimləyən “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının yeni qanunu, bu qanunun maddələrinə, eləcə də INTOSAI-ın prinsip və standartlarına uyğun palatada hazırlanmış “Uyğunluq Auditi üzrə təlimat” və keçirilmiş uyğunluq auditi barədə ətraflı məlumat verib. İştirakçı AAQ-ların bu sahədə təcrübələrini öyrənmək məqsədilə onlara suallar ünvanlayıb.

Təqdimatda qeyd edilən auditin planlaşdırılması mövzusunun daha da təkmilləşdirilməsi məqsədilə Alt-komitənin iş planına daxil edilməsi qərara alınıb.

Eyni zamanda, Hesablama Palatası uyğunluq auditi üzrə Alt-komitənin 2.3 Layihəsi ilə bağlı səmərəlilik və uyğunluq auditlərinə dair təlimatın hazırlanması ilə bağlı layihənin üzvləri sırasına qəbul olunub.

İkigünlük tədbirin sonunda Alt-komitənin növbəti toplantısının 2020-ci ildə Bakıda keçirilməsi barədə qərar qəbul edilib.

Mənbə: azertag.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email