Audit riski vә onun qiymәtlәndirilmәsi

posted in: Uncategorized | 0

Audit riski (audit risk) – Audit riski maliyyә hesabatlarının әhәmiyyәtli dәrәcәdә tәhrif edilmәsi hallarında auditorun müvafiq olmayan rәy bildirmәsi ilә әlaqәdar riskdir. Audit riski әhәmiyyәtli tәhrif riskinin funksiyasıdır (vә ya sadәcә, “әhәmiyyәtli tәhrif riski”dir, yәni auditor yoxlamasından qabaq maliyyә hesabatlarının әhәmiyyәtli dәrәcәdә tәhrif edilmәsi riski) vә auditorun belә bir tәhrifi aşkar edә bilmәmәsi riskidir (“aşkar etmәmә riski”). Әhәmiyyәtli tәhrif riski iki komponentdәn ibarәtdir: tәrkib riski vә nәzarәt riski (aşağıdakı müddәa sәviyyәsindә tәsvir edildiyi kimi). Aşkar etmәmә riski elә bir riskdir ki, bu zaman auditor tәrәfindәn yerinә yetirilәn prosedurlar iqtisadi subyekt rәhbәrliyinin müddәalarında mövcud olan vә öz-özlüyündә vә yaxud digәr tәhriflәrlә birlikdә әhәmiyyәtli tәhriflәri aşkar etmir

Auditor riski üç komponentdәn ibarәtdir:

-tәsәrrüfatdaxili risk;

– nәzarәt vasitәsi riski;

– aşkarlanmayan risk

Auditor tәşkilatı sәhvin aşkarlanması riskinin artmasına tәsir edәn müәyyәn amillәri mütlәq nәzәrә alınmalıdır. Daxili amillәrә aiddir:

– iqtisadiyyatın böhranlı sahәsinә xeyli maliyyә qoyuluşu;

– müәyyәn vaxt kәsiyindә iqtisadi subyektin bir sifarişçidәn, yaxud az miqdar sifarişçidәn vә malgöndәrәndәn asılılığı;

– dövriyyә vәsaitlәrinin satışın hәcminin sürәtlә artmasına, yaxud mәnfәәtin kәskin dәyişilmәsinә uyğun gәlmәmәsi;

– qeyri tipik sövdәlәşmәlәr;

– xidmәtә görә ödәniş, hansıki tәqdim edilәn xidmәtlәrә әsla uyğun gәlmir; -kapitalın strukturu vә mәnfәәtin bölüşdürülmәsi xüsusiyyәtlәri;

– muhasibat uçotunun aparılması vә muhasibat hesabatının hazırlanması qaydalarından kәnarlaşma. Xarici amillәrә aiddir:

– iqtisadiyyat sahәlәrinin vәziyyәti; – sahәnin böhran vәziyyәtilә bağlı sahә xüsusiyyәtlәri;

– istehsal fәaliyyәtinin xüsusiyyәtlәri, istehsalın texnoloji xüsusiyyәti.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *