Audit standartlarının hazırlanmasında Beynәlxalq Mühasiblәr Federasiyası vә Audit Tәcrübәsi üzrә Beynәlxalq Komitәnin rolu

posted in: Uncategorized | 0

Audit standartları – öz peşә vәzifәlәrini yerinә yetirәrkәn auditorların rәhbәr tutmaları olduqları normativ materialdır.

Audit standartları, audit aparılması şәrtlәrindәn asılı olmayaraq, auditor peşәsinin bütün nümayәndәlәri tәrәfindәn metodoloji mәsәlәlәrә vә baza prinsiplәrinә riayәt edilmәklә, auditin aprılmasına ümumi yanaşmanı, auditor yoxlamasının hәcmini, auditor hesabatının növlәrini müәyyәn edir.

Audit standartlarının mәqsәdi, auditә dair vahid baza tәlәblәrini formalaşdırmaq vә auditin keyfiyyәtinә normativ tәlәblәri müәyyәnlәşdirmәklә, auditin etibarlılığına tәminat vermәkdir.

Audit standartları işlәnib hazırlanarkәn aşağıdakı prinsiplәrә riayәt edilmәlidir:

1. Audit müvafiq peşәkar sәriştәyә malik olan şәxslәr tәrәfindәn aparılmalıdır.
2. Auditor öz öz fikrini yürtmәkdә müstәqil olmalıdır.
3. Auditor audit yoxlamasını düzgün vә peşәkarlıqla aparmalı vә obyektiv auditor rәyi tәrtib etmәlidir.
4. Auditor yoxlamasının aparılması üçün auditor plan vә proqram tәrtib etmәlidir.
5. Auditor öz xüsusi fәaliyyәtini planlaşdırmaq mәqsәdilә sifarişçinin daxili nәzarәt sistemi haqqında kifayәt qәdәr mәlumata malik olmalıdır.
6. Auditor mühasibat (maliyyә) hesabatlarrının düzgünlüyü haqqında rәy vermәk üçün auditor yoxlaması zamanı kifayәt qәdәr auditor sübutları toplamalıdır.
7. Auditor öz rәyindә hesabatın uçot qaydalarına vә normalarına uyğun olub– olmamasını göstәrmәlidir.
8. Auditor rәyindә әvvәlki hesabat dövrü ilә müqayisәdә sifarişçinin uçot siyasәtindәki dәyişikliyә sәbәb olan şәraiti әks etdirmәlidir.
9. Auditor rәyindә nöqsan göstәrilmәdikdә, mühasibat (maliyyә) hesabatın-dakı mәlumatlar düzgün hesab edilir.
10. Auditor öz rәyindә mühasibat (maliyyә) hesabatlarının düzgünlüyünә dair qeydlәr etmәli vә ya auditor rәyinin tәrtib olunmama sәbәblәri göstәrilmәlidir.

Auditin standartları auditin keyfiyyәtli aparıldığını mәhkәmә sübut etmәk vә auditorların mәsuliyyәt dәrәcәsini müәyyәn etmәk üçün әsasdır. Eyni zamanda audit

standartları elә bir bazadır ki, onun әsasında auditorların hazırlanması, tәkmil-lәşdirilmәsi vә peşә hazırlığı sәviyyәsinin yüksәldilmәsiüzrә tәdris proqramları hazırlanır.

Audit üzrә peşәkarlıq norma vә standartlarının işlәnib hazırlanması ilә bir neçә tәşkilat, o cümlәdәn Beynәlxalq Mühasiblәr Federasiyası, Audit Tәcrübәsi üzrә Beynәlxalq Komitә vә d. mәşğul olur.

Audit Tәcrübәsi üzrә Beynәlxalq Komitә iki mәqsәdә xidmәt edir:

1. audit üzrә peşәkarlıq sәviyyәsi ümumdünya sәviyyәsindәn aşağı olan ölkәlәrdә auditi inkişaf etdirmәk;

2. imkan daxilindә beynәlxalq sәviyyәdә auditә yanaşmağı öyrәtmәk.

Bir sıra ölkәlәrdә icazә verilib ki, beynәlxalq audit standartlarının bazasında öz milli standartlarını işlәyib hazırlasınlar. Mәsәlәn, Avstraliya, Kipr, Braziliyi, Hindistan, Hollandiya vә s.

Bәzi ölkәlәrә öz milli standartlarının işlәnib hazırlanmasına icazә verilmәmişdir. Onlar yalnız beynәlxalq audit standartlarından öz standartları kimi istifadә edә bilәrlәr. Mәsәlәn, Malaziya, Fici, Şri-Lanka, Nigeriya vә s.

İnkişaf etmiş ölkәlәrdәn Kanada, Böyük Britaniya, İrlandiya, ABŞ vә Türkiyәnin öz milli audit standartları vardır.

Audit standartının mәqsәdi daha yaxşı qiymәtlәndirmә vә fәrziyyәyә әsaslanan yoxlama prosedurları dә daxil olmaqla, gәlәcәk maliyyә mәlumatları haqqında hesabatın tәrtib edilmәsi vә yoxlanması ilә әlaqәdar olan tapşırıqlara dair tövsiyyәlәrin verilmәsi vә standartın müәyyәn edilmәsindәn ibarәtdir.

Azәrbaycanda milli audit standartlarının işlәnib hazırlanmasının vә tәrtib olunmasının әsasını Beynәlxalq Mühasiblәr Federasiyasının vә Audit Tәcrübәsi üzrә Beynәlxalq Komitә tәrәfindәn işlәnib hazırlanmış beynәlxalq audit standartları tәşkil edir.

AR-da bazar iqtisadiyyatının mühüm ünsürlәrindәn biri olan auditor xidmәti tәşәkkül tapdıqca vә inkişaf etdikcә respublikanın sәciyyәvi xüsusiyyәtlәrini vә beynәlxalq standartları yaradılması zәrurәti meydana çıxır.

Milli audit standartlarının layihәlәri AR Auditorlar Palatasının Standartlaşdırma Departamentindә işlәnib hazılanır vә Xüsusi Komissiyada müzakirә olunur vә tәsdiq etmәk üçün palatanın şurasına tәqdim olunur.

Firmadaxili audit standartları firmalar, yәni auditor tәşkilatları tәrәfindәn auditor yoxlaması aparılarkәn vәhid tәlәbat tәmin etmәklә aşağıdakı elementlәri özündә birlәşdirir:

1. Razılaşmanın mәqsәdinin müәyyәn edilmәsi.

Hәr bir auditor yoxlaması düzgünlüyünü tәmin etmәk üçün hәrtәrәfli planlaşdırılmalı, peşәkarlıqla vә ixtisaslaşdırılmış formada aparılmalı, sifarişçilәrә yüksәk keyfiyyәtli xidmәt göstәrilmәli, auditorlardan optimal surәtdә iştifadә olunaraq kommersiya xeyri әldә olunmalıdır.

2. Biznesin icmalı vә ya xülasәsi.

Yoxlama sifarişçilәrlә tәnışlıq vә onların fәaliyyәtinin öyәrnilmәsi ilә başlanır. Firmada qanunvericilikdә, peşәkarlıq standartlarında vә biznesdә auditor yoxlamasında vә sifarişçilәrә münasibәti әks etdirәn dәyişikliklәr daim izlәnir.

3. Mümükün riskin qiymәtlәndirilmәsi.

Sifarişçinin biliyindәn istifadә olunaraq vә riskin aşkar olunmasına hәrtәrәfli yanaşılaraq, sәhvlәr müәyyәn edilir vә onların әhәmiyyәti qiymәtlәndirilir.

4. Audit strategiyasının işlәnib hazırlanması üçün daxili nәzarәt sisteminin qiymәtlәndirilmәsi.

Yoxlamanın ilkin mәrhәlәsindә daxili nәzarәt sistemi, yәni әvvәlcә rәhbәrlik tәrәfindәn istifadә olunan tәsәrrüfat fәaliyyәtinә nәzarәt sistemi, sonra isә mühasibat uçotu vә nәzarәt sistemi qiymәtlәndirilir.

Bu mәrhәlәdә yoxlama strategiyasının işlәnib hazırlanması üçün yalnız informasiya qiymәtlәndirilir.

5. Auditor yoxlamasının strategiyasının müәyyәn edilmәsi.

Başlıca risklәrin xüsusi qiymәtlәri ümumilәşdirilir vә zәruri auditor әmәliyyatları müәyyәn edilir.

6. Müstәqil tәdqiqat planı.

Planda hәr bir müstәqil tәdqiqat hallarında daha sәmәrәli tәdqiqatlarının tәdbiqi vә davamlılığının mahiyyәtinә baxılır. Müstәqil tәdqiqat plana uyğun olaraq aparılır. Onun nәticәlәrinin qiymәtlәndirilmәsindәn asılı olaraq planda müvafiq düzәlişlәr edilir.

7. Nәzarәt sisteminin sәmәrәliliyinin qiymәtlәndirilmәsi.

Auditor yoxlamasının sonunda nәzarәt sisteminin ümumi qiymәtlәndirilmәsi vә yoxlama planının işlәnib hazırlanması üçün daxili nәzarәt sisteminin qiymәtlәndirilmәsi hәyata keçirilir.

8. Auditor yoxlamasının yekunlaşdırılması.

Ümumi hesabat (akt) tәrtib edilir vә yekun nәticәlәri çıxarılır. Daha әhәmiyyәtli hallar sifarişçilәrlә müzakirә edilir.

9. Rәyin tәqdim edilmәsi.

Auditor yoxlamasının nәticәlәrinә uyğun olaraq rәy tәrtib edilir. Mühasibat (maliyyә) hesabatlarına dair rәydәn әlavә, sifarişçiyә yoxlamanın nәticәlәri haqqında hesabat (akt) da tәqdim olunur.

audit standartları, audit standartlari

Leave a Reply

Your email address will not be published. Required fields are marked *