Audit xidmətinə görə bitcoinlə də ödəmə qəbul edilir

posted in: Audit, Xəbər | 0
birbank biznes

“PricewaterhouseCoopers” beynəlxalq audit şirkəti göstərdiyi xidmətə görə ilk dəfə olaraq bitcoində ödəmə qəbul edib. Bu barədə Şirkətin Honq-Konq ofisindən məlumat verilib.

Məlumatda həmçinin bildirilir ki, “PwC” bundan sonra kriptovalyutaların ilkin emissiyası, kriptovalyuta birjaları və kripto-fondlarla bağlı konsaltinq xidmətləri göstərəcək.

“Bu qərar Şirkətimizin yeni texnologiyalar və innovativ biznes-modellərini bütün xidmət spektri üzrə tətbiq etdiyimizi göstərəcək. Həmçinin aldığımız qərar, bitcoin və digər məşhur kriptovalyutaların geniş qəbul edilmiş hesablaşma vasitəsinə çevrildiyini əks etdirəcək”, – deyə şirkətin Asiya-Sakit Okean regionu üzrə rəhbəri Reymund Çao (Raymund Chao) bildirib.

Xatırladaq ki, dekabr ayının 18-dən etibarən ABŞ-ın CME və CBOE birjaları bitkoinlə fyuçers əməliyyatlarına başlayacaq. Hazırda bitcoinin qiyməti isə 11 300 dollara bərabərdir.

Mənbə: www.report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email