Auditorlar Palatası ilə Gömrük Komitəsi arasında əməkdaşlığa dair sənəd imzalanacaq

posted in: Xəbər | 0
birbank biznes

Auditorlar PalatasıAuditorlar Palatası ilə Dövlət Gömrük Komitəsi arasında əməkdaşlığa dair sənədin imzalanması barədə razılığa gəlinib.

Palatadan bildiriblər ki, qurum tərəfindən Gömrük Məcəlləsinin tələblərinə uyğun və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun bəzi maddələri nəzərə alınaraq “İdxal-ixrac əməliyyatlarının auditi üzrə metodik vəsait” layihəsi hazırlanıb. Layihənin birgə müzakirəsi üçün Dövlət Gömrük Komitəsində işçi qrupu səviyyəsində görüş keçirilib. Görüşdə metodik vəsaitin müddəalarında nəzərdə tutulmuş bir çox məsələlərə dair fikir mübadiləsi aparılıb və əlavə təkliflər irəli sürülərək qəbul edilib.

Bax: 2019-cu ildən əmək haqqı necə hesablanacaq?

Tədbir çərçivəsində Auditorlar Palatası ilə Dövlət Gömrük Komitəsi arasında əməkdaşlığa dair sənədin imzalanması barədə razılığa gəlinib.

Mənbə: azertag.az

Bax: Vergi məbləğlərinin hesablanması zamanı nələrə diqqət etmək zəruridir?

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Print Friendly, PDF & Email