Vergilər Nazirliyi və Auditorlar Palatası birgə beynəlxalq konfrans keçirəcək

posted in: Audit, Vergi, Xəbər | 0
birbank biznes

Vergilər Nazirliyi və Auditorlar Palatası birgə beynəlxalq konfrans keçirəcək.

Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Auditorlar Palatası və Azərbaycan İqtisadçılar İttifaqının birgə təşkilatçılığı ilə 2019-cu il 13 sentyabr tarixində “Kölgə iqtisadiyyatına qarşı mübarizə – iqtisadi inkişafın mühüm amili kimi” mövzusunda beynəlxalq elmi-praktik konfransın keçirilməsi nəzərdə tutulur.

Konfransın keçirilməsində əsas məqsəd iqtisadi inkişafın mühüm amili kimi dəyərləndirilən şəffaflığın artırılması və hesabatlılığın yüksək səviyyədə qurulması, kölgə iqtisadiyyatına qarşı mübarizənin forma və metodları, maliyyə hesabatlılığı sahəsində qabaqcıl xarici təcrübənin tətbiqi istiqamətləri, maarifləndirmə və əməkdaşlıq sahəsində xarici mütəxəssislərin iştirakı ilə müzakirələr aparmaqdan və kölgə iqtisadiyyatının azaldılmasına dair tövsiyələr işləyib hazırlamaqdan ibarətdir.

Tədbirdə dövlət və özəl qurumların, qeyri-hökumət təşkilatlarının, elm və təhsil müəssisələrinin, sahibkarların və xarici ölkələrin nümayəndələri dəvət olunmuşdur.

Ünvan: AZ 1072, Bakı şəhəri, S.Y.Bakuvi küçəsi, 35; Əlaqələndirici şəxs: Auditorlar Palatası sədrinin müşaviri Fəqan Qarayev,

tel.: (+99412) 498-28-55;

mob.: 055-727-74-77,

e-mail: 

Mənbə: audit.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email