Auditorlar Palatası məcburi audit subyektlərinə müraciət edib

posted in: Audit, Xəbər | 0
birbank biznes

Kölgə iqtisadiyyatı, seminar-təlim, Auditorlar Palatası,imtahan,Daxili audit fəaliyyətinin təşkili, Auditorlar palatası, Təkliflər Paketi, Kölgə İqtisadiyyatı, Auditorlar Palatası seminar imtahan auditorPalata qanunvericiliyin tələblərinə uyğun olaraq iqtisadi subyektləri 2019-cu il üzrə maliyyə (mühasibat) hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün müstəqil (kənar) auditor cəlb etməyə çağırıb. Bildirilib ki, auditor seçimində müstəqil olan sahibkarlar sərbəst auditorlar və auditor təşkilatları barədə məlumatları Auditorlar Palatasının internet səhifəsindən əldə edə bilərlər. (Auditorlar Palatası)

Palata məcburi audit subyektlərinin siyahısını və bunun qanunvericilikdəki əsaslarını təqdim edib. Müraciətdə bildirilir ki, aşağıdakı iqtisadi subyektlər auditor cəlb etməlidirlər:

  • ictimai əhəmiyyətli qurumlar;
  • məhdud məsuliyyətli cəmiyyətlər;
  • səhmdar cəmiyyətləri;
  • Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanları ilə yaradılmış səhmdar cəmiyyətləri;
  • banklar və digər kredit təşkilatları;
  • sığorta təşkilatları və cəmiyyətləri;
  • investisiya fondları;
  • maliyyə-sənaye qrupları;
  • fondlar və birjalar;
  • qiymətli kağızların emitentləri;
  • büdcədənkənar fondlar;
  • birləşdirilmiş (konsolidə edilmiş və icmal) hesabatlar təqdim edən hüquqi şəxslər (holdinqlər);
  • təbii inhisar fəaliyyəti subyektləri;
  • publik hüquqi şəxslər;
  • siyasi partiyalar;
  • bələdiyyələr və bələdiyyə müəssisələri;
  • kənd təsərrüfatı kooperativləri.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Auditorlar Palatası
Print Friendly, PDF & Email