Auditorun peşəkar fəaliyyətinin effektivliyinin psixoloji amilləri (VI hissə)

posted in: Audit, Xəbər | 0
birbank biznes

Auditorun peşəkar fəaliyyətinin effektivliyinin psixoloji amilləri (VI hissə)

V hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

Auditorun peşəkar fəaliyyəti, Daxili Auditor VakansiyaRespondentlərin əksəriyyəti tərəfindən elan edilmiş auditorun peşəkar fəaliyyətinin səmərəliliyinin müsbət amillərinin təhlili “daxili” amillərin, ilk növbədə, auditorun peşəkar səlahiyyətləri və şəxsi keyfiyyətləri ilə bağlı üstünlüklərini müəyyən etmişdir.

Respondentlərin fikrincə, auditorun ən əhəmiyyətli keyfiyyətləri auditorun peşəkarlığı, motivasiyası, kommunikativ səriştəliliyi və reputasiyasıdır. Auditorun fəaliyyətinin səmərəliliyini artıran “xarici” amillərdən bunlar qeyd edilmişdir: məcburi auditin keçirilməsinin zəruriliyi, CPO və ictimai təşkilatlar tərəfindən nəzarət, həmçinin auditin informasiya bazasının keyfiyyətini yüksəltməyə imkan verən internet resurslarının məlumatlarının mövcudluğu.

Qeyd etmək lazımdır ki, bu mərhələdə təqdim olunan tədqiqatın nəticələri bütün auditorlar üçün ümumiləşdirilə bilməz. Çünki peşəkar fəaliyyətin səmərəliliyi xarici və daxili keyfiyyətlərin məcmusu ilə şərtlənir. Təcrübə göstərir ki, xarici mühitin situativ amillərinin dəyişməsi, bir qayda olaraq, daxili amillərin yenidən qiymətləndirilməsinə gətirib çıxarır. Auditorlara peşəkar və şəxsi inkişafın yeni sahələrini aşkar etməyə imkan verir. Digər tərəfdən, yeni peşə səlahiyyətlərinin əldə edilməsi kimi daxili amillərin dəyişməsi, auditor tərəfindən xarici amillərin mənisənilməsinin dəyişməsinə gətirib çıxarır.

Görülmüş işlər zamanı bəyan edilmiş mövzunun gələcək işlənməsi üçün istiqamətlər də müəyyən edilmişdir:

  • hesabat dövrü ərzində ekspert qiymətləndirmələrinin nəticələrinə, psixodiaqnostik tədqiqatların nəticələrinə və mütəxəssisin fəaliyyətinin formal-kəmiyyət göstəricilərinə əsaslanan auditorun peşəkar fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsinə kompleks yanaşmanın işlənib hazırlanması;
  • auditorun şəxsi xüsusiyyətlərinin və peşəkar əhəmiyyətli və zərərli keyfiyyətlərinin müəyyən edilməsi;
  • auditorun peşəkar fəaliyyətinin effektivliyinin psixoloji proqnozunun meyarlarının müəyyən edilməsi;
  • gələcək auditorun peşəkar fəaliyyətinin səmərəliliyinin psixoloji proqnozlaşdırılması texnologiyasının işlənib hazırlanması və sınaqdan keçirilməsi.

Bu tədqiqatların əhəmiyyəti ondan ibarətdir ki, əldə edilmiş nəticələr praktiki əhəmiyyətə malikdir və auditorların seçilməsi prosesində tətbiq oluna bilər. Həmçinin gələcək mütəxəssislərin peşəkar-psixoloji hazırlığı məsələlərinin həlli üçün və auditorların ixtisasartırma və peşəkar yenidən hazırlanma üzrə əlavə peşə tədris proqramlarının həyata keçirilməsi zamanı istifadə oluna bilər.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email