Aviabilet satışı üzrə vergi belə hesablanmalıdır

posted in: Excel, Vergi, Xəbər | 0

AviabiletAviabilet satışı üzrə vergi belə hesablanmalıdır.


Sual: Aviabilet satışı sahəsində bizim müəssisə subagent qismində fəaliyyət göstərir. Yəni biz subagent olaraq müqavilə əsasında agent müəssisədən e-qaimə ilə aviabilet alır üzərinə 16-20 manat xidmət haqqımızı əlavə edərək e-qaimə ilə korporativ müştərilərimizə satırıq. Müştəri bizə aviabiletin xidmət haqqı daxil dəyərini ödədikdən sonra biz də öz növbəmizdə həmin aviabiletin xidmət haqqısız dəyərini öz agentimizə ödəyirik. 2018-ci ildə biz sadələşdirilmiş verginin ödəyicisi olmuş 4% vergini xidmət haqqından ödəmişik.

Əgər biz subagent olaraq korporativ müştərimizlə 210.000,00 manatlıq müqavilə bağlasaq bizim ƏDV qeydiyyatına durmaq öhdəliyimiz yaranacaq yoxsa yox? Belə ki, aviabilet satışı sahəsində subagent qismində fəaliyyət göstərən müəssisənin real dövriyyəsi onun aldığı xidmət haqqından formalaşır və biz 210.000,00 manatlıq müqavilə üzrə təqdim olunacaq aviabiletlərdən xidmət haqqı olaraq 8400,00 manat gəlir əldə edəcəyimizi ( 210.000,00 AZN : 500 AZN (sifariş oluncaq biletlərin orta dəyəri) = 420 bilet nəzərdə tutulub X 20 AZN Xidmət haqqı = 8400,00 AZN ) planlaşdırmışıq. Bizim 210.000,00 manatlıq müqavilədən real dövriyyəmiz 8400,00 manat olacağı halda Vergi Məcəlləsinin 155.1 maddəsi yəni ƏDV qeydiyyatına durmaq öhdəliyi bizə şamil olunur yoxsa yox?


Müavinət məbləğini ƏDV bəyannaməsində necə göstərməliyik?

Cavab: Sorğunuzda qeyd olunan halda, sizin digər vergi ödəyicilərinə xidmət göstərdiyinizi nəzərə alaraq sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnuz yoxdur və mənfəət vergisi ödəyicisi kimi fəaliyyət göstərməlisiniz.

Bir şəxsin digər şəxsə göstərdiyi vasitəçilik xidmətləri ilkin sənədlərlə (agent (komissiya) müqaviləsi, təsərrüfat əqdlərinin həyata keçirilməsi ilə bağlı ödəmə sənədləri, hesab fakturalar və təsdiqedici digər sənədlərlə) təsdiq edildiyi halda subagent üçün vergitutma obyekti satışa görə ona ödənilən xidmət haqqı əsasında, yəni sorğunuzda qeyd edilən halda 8400 manat əsasında müəyyən olunur.

Eyni zamanda bildiririk ki, aviabilet digər şəxsdən alınaraq üzərinə ticarət əlavəsi edilməklə təqdim edildiyi halda isə vergitutma obyekti ümumi məbləğ, yəni sorğunuzda qeyd edilmiş halda 220.000 manat (440×500) əsasında müəyyən olunacaqdır və ƏDV qeydiyyatına durma öhdəliyi yaranır.

Bax: Vergi Məcəlləsinin 155.1-ci və 172-ci maddələri.

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *