Aviabilet satışı vergiyə necə cəlb edilməlidir?

posted in: Vergi, Xəbər | 0
birbank biznes

AviabiletSual: Aviabilet satışını həyata keçirən, IATA (BSP) şirkətinin subagenti olaraq fəaliyyət göstərən Sadələşdirilmiş vergi ödəyicisi olan “XXX MMC” hüquqi şəxsi 500 AZN dəyərində aldığı aviabiletinə 20 AZN komissiya əlavə edərək 520 AZN-ə satış edərsə, vergi tutulan dövriyyə 20 AZN-dir yoxsa 520 AZN? Ünvanlanmış sualımın yuxarıda qeyd etdiyim əyani misal üzərində cavablandırılmasını xahiş edirəm. Öncədən təşəkkürlər.

Cavab: Bildiririk ki, bir şəxsin digər şəxsə göstərdiyi vasitəçilik xidmətləri ilkin sənədlərlə (agent (komissiya) müqaviləsi, təsərrüfat əqdlərinin həyata keçirilməsi ilə bağlı ödəmə sənədləri, hesab fakturalar və təsdiqedici digər sənədlərlə) təsdiq edildiyi halda subagent üçün vergitutma obyekti satışa görə ona ödənilən xidmət haqqı əsasında, yəni sorğunuzda qeyd edilən halda 20 AZN əsasında müəyyən olunur. Eyni zamanda bildiririk ki, aviabilet digər şəxsdən alınaraq üzərinə ticarət əlavəsi edilməklə təqdim edildiyi halda isə vergitutma obyekti ümumi məbləğ, yəni sorğunuzda qeyd edilmiş halda 520 AZN əsasında müəyyən olunacaqdır.

Əlavə məlumatın alınması ilə bağlı Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Bax: Vergi Məcəlləsinin 219.1-ci maddəsi.

Həmçinin bax: Aviabiletlərin nağd satışı zamanı Mədaxil orderi yoxsa Kassa çeki verilməlidir?


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Print Friendly, PDF & Email