Avropa iqtisadiyyatı canlanmağa başlayıb

posted in: Xəbər | 0
birbank biznes

Avropa iqtisadiyyatı canlanmağa başlayıb. Financial Times nəşrinin yazdığına görə, məhdudiyyətləri yumşaltmağa başlayan ölkələrdə bəzi sahələrdə iqtisadi aktivlik işartıları müşahidə olunmaqdadır.

Almaniya, İtaliya və İspaniya son bir neçə həftədir ki, bir sıra məhdudiyyətləri aradan götürərək, bəzi mağazalar və digər obyektlərə işlərini bərpa etməyə icazə verib. Eyni zamanda Fransada bir çox məhdudiyyətlərin mayın 11-ə kimi tədricən aradan qaldırılacağı planlaşdırılır.

Dəyişikliklər hələ ki rəsmi iqtisadi statistikada əks olunmasa da, elektrik enerjisi istehlakı və nəqliyyat xidmətləri kimi bəzi göstəricilər artıq canlanmanın əlamətlərini göstərir.

“İtaliya və İspaniyada elektrik istehlakının artması kimi iqtisadi fəaliyyətin yaxşılaşdırılmasının bəzi ilkin əlamətləri var” – Capital Economics-in Avropa regionu üzrə iqtisadçısı Cessika Hinds qeyd edib. Buna baxmayaraq, o, yaxşılaşmalar barədə danışmağın hələ tez olduğunu və digər göstəricilərin “əgər varsa belə, əhəmiyyətli bir irəliləyiş göstərmədiyini” xəbərdarlıq edib.

İtaliya və İspaniyada elektrik enerjisi istehlakı aprel ayının ortalarından – Fransadan fərqli olaraq, hələ də çox aşağı səviyyədədir. Qeyd etmək lazımdır ki, alman yük maşınları da enişdən sonra zəif də olsa yüksəliş tempi göstərməyə başlayıblar.

Eləcə də alman və ispan fəhlələrinin də öz iş yerlərinə qayıtmalaları barədə müəyyən dəlillər var. İnsanların fabrik və ofislərə hərəkət etməsini izləyən Google mobillik indeksi, aktivliyin hələ də çox aşağı səviyyədə qalmasına baxmayaraq, müsbət bir dəyişiklik tendensiyasının olduğunu göstərib. Almaniyada işə gediş səfərlərinin sayı koronavirusdan əvvəlki adi həftəyə nisbətən 43 faiz azalmış, İtaliya, İspaniya, Fransa və İngiltərədə isə bu göstərici 63 faizdən 68 faizə düşmüşdür.

UBS-dən olan Avropa üzrə təhlilçi Feliks Hyufner qeyd edib ki, pərakəndə satış, nəqliyyat, əyləncə və qida bölmələri virusdan daha çox ziyan çəkiblər və “xidmət sahələrinin bərpasına yönələn hər bir tədbir çox mühümdür”.

“Koronavirusun birbaşa iqtisadi təsirləri lokallaşdırmanın daha asan olduğu şimal ölkələrinə nisbətən Avrozonanın cənubundakı ölkələrdə və Fransanın iqtisadiyyatlarında daha çox hiss olunacaq”, – deyə Hollandiyanın İNG Bankının baş iqtisadçısı Bert Koleyn bildirib. Onun sözlərinə görə, “adi həyata sürətli dönüş olmayacaq”.

Oxford Economics-dən olan iqtisadçı Angel Talavera, məhdudiyyətlərin aradan qaldırılması prosesinin aylarla çəkəcəyini və bu iqtisadi fəaliyyətin ehtimal ki, bu ilin sonuna qədər özünün koronavirusdan əvvəlki səviyyələrindən aşağı qalacağını qeyd edib.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email