Avropanın əsas iqtisadiyyatı tarixi rekorda imza atıb

posted in: iqtisadiyyat, Xəbər | 0
birbank biznes

İyun ayında Almaniyanın  ixracı ötən ay ilə müqayisədə 14,9 faiz yüksəlib ki, bu da 1990-cı ildən bəri bütün müşahidə tarixi ərzində rekord hesab oluna bilər. Bu haqda ölkənin Federal statistika agentliyi (Destatis) məlumat verib.

Avropanın ən böyük iqtisadiyyatının idxalı isə may ayı ilə müqayisədə 7 faiz artıb ki, bu 2010-cu ildən sonra rekord hesab olunur. İyun ayında Almaniya 96,1 milyard avroluq məhsullar ixrac edib, 80,5 milyard avroluq məhsul isə idxal edib. Almaniyanın xarici ticarətində profisit 14,5 milyard avro təşkil edib.

Lakin ötən illə müqayisədə cari ilin iyun ayında ixracın həcmi 9,4 faiz aşağı enib. Yalnız Çinə olan ixrac yüksəlib (15,4 faiz). Almaniyanın sənaye istehsalı iyun ayında 8,9 faiz artıb.

Belə məlumatlar göstərir ki, Almaniya öz qonşularından daha tez bərpa oluna bilər, Bloomberq tərəfindən rəyi soruşulan ekspertlər belə qeyd ediblər. Berenberq universitetinin baş iqtisadçısı Holger Şmidinq hesab edir ki, ölkə artıq üçüncü rübdə ÜDM-in azalmasının yarısını bərpa edə bilər.

Avrozonanın digər ölkələrində də sənayenin bərpa olunması prosesi başlayıb. Fransa iyun ayında istehsalın 12,7 faiz həcmində yüksəldiyini xəbər verib. İspaniyada isə bu artım 14 faiz həcmində olub.

Avropa komissiyası proqnozlaşdırır ki, alman iqtisadiyyatı bu il 6,3 faiz azalacaq və 2021-ci ildə isə 5,3 faiz artacaqdır. İkinci rübdə ölkənin ÜDM-i koronavirus pandemiyasına görə əvvəlki rüblə müqayisədə 10,1 faiz aşağı düşüb. İşsizlik isə iyul ayında 6,4 faiz səviyyəsində qalıb.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email