Avstraliyada yeni vergi islahatı paketi

posted in: Vergi, Xəbər | 0
birbank biznes
vergi islahatıAvstraliya yeni vergi islahatı paketinin qəbul edilməsində israrlıdır

Avstraliya hökuməti senat qarşısında iyun ayında vergi islahatları ilə bağlı məsələyə baxılmasını qaldırmışdır. Məqsəd təklifin iyunun 28-də səsə qoyulmasına nail olmaqdır. Maliyyə naziri Matias Kormann jurnalistlərlə söhbətində bildirmişdir ki, hökumət iqtisadi maraqların təmin olunmasına tərəfdardır və islahatlara tamamilə sadiqdir. O, mülahizələrini belə izah etmişdir ki, hökumət iyun ayının sonunda həm irəli sürülmüş ümumi vergi islahatlarına, həm də qarşıdakı seçkilərin tələbindən irəli gələn gəlir vergisi islahatına baxılması niyyətindədir.

Hökumət kiçik biznes üçün aşağı vergi dərəcələrinin tətbiqinə şərait yaradan dövriyyə hüdudunu 2023-2024-cü maliyyə ilinə qədər hər il  artırmaq və 2026-cı ilə qədər bütün müəssisələr üçün maksimal vergi dərəcəsini 25 faizə qədər azaltmaq istəyir. Bu təklifin keçməsi üçün hökumət parlamentdə 30 səsə malikdir, lakin təklifin qəbul edilməsinə 39 səs tələb olunur.

Senatda danışıqlara rəhbərlik edən Matias Kormann bildirmişdir ki, «hökumət bütün senatorlarla işini davam etdirəcək, hökumətə daxil olmayan bütün senatorlar, o cümlədən leyboristlər və yaşıllar partiyalarından olan senatorlar üçün qapılar açıqdır. Dünyanın hər yerində işləyən ailələrin maraqlarını qoruyan ölkələr inanırlar ki, vətəndaşların biznesi əlverişsiz rəqabət şəraitində olmamalıdır. Avstraliya da bunu etməlidir. Biz Avstraliya müəssisələrini özümüz bilə-bilə uyğunsuz vəziyyətə sala bilmərik».

Mənbə: vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Print Friendly, PDF & Email