Avtomobil və mobil cihazlar üçün rüsumu kim müəyyən edəcək???

posted in: Xəbər | 0

AvtomobilAzərbaycanda minik avtomobilləri və mobil cihazların qeydiyyatı üçün rüsumu təsdiqləyəcək orqan müəyyənləşib

Azərbaycan prezidenti İlham Əliyev “Dövlət rüsumu haqqında” qanunda dəyişikliyin edilməsi barədə sərəncam imzalayıb.

Dəyişikliyə əsasən satış və digər sahibkarlıq fəaliyyəti məqsədi ilə hüquqi və fiziki şəxslər tərəfindən idxal olunarkən gömrük rüsumu və əlavə dəyər vergisi tutulmaqla rəsmiləşdirilmiş mobil cihazlar istisna olmaqla, fiziki şəxs tərəfindən şəxsi istehlakı üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumu tətbiq olunacaq.

Həmçinin bax: “Dövlət rüsumu haqqında” Qanuna dəyişiklik edildi

Bundan başqa, dəyişikliyə görə hər il üçün fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin dövlət qeydiyyatına alınmasına görə, eləcə də mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumunun məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq ediləcək.

Qanun 2018-ci il iyulun 1-dən qüvvəyə minir.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Qeyd edək ki, fərmana əsasən, Azərbaycanda hər il üçün minik avtomobillərin və mobil cihazların qeydiyyatı üçün rüsumu təsdiq edəcək orqan müəyyənləşib. Belə ki, Azərbaycanda hər il üçün mobil cihazların qeydiyyata alınmasına və fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin müvafiq icra hakimiyyəti orqanlarında dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumlarının məbləği Nazirlər Kabineti tərəfindən təsdiq ediləcək. Fərmana əsasən Nazirlər Kabinetinə 2018-ci il üçün dövlət rüsumunun məbləğlərini, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla bir ay müddətində təsdiq etmək tapşırılıb.

Mənbə: apa.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *